Həmədan əyalətinin polis rəisi “Əsədabad” şəhərində “Narkotiklə Mübarizə Polisi”nin keçirdiyi əməliyyatda 31 kg tiryakın aşkarlanaraq götürüldüyünü bildirib.
Gunaz.tv
Sərdar Əmiri yanvar ayının 25-də verdiyi açıqlamada Mərkəzi əyalətlərdən Həmədan əyalətinin Əsadabad şəhərinə narkotik maddələr daşıyan banda üzvlərinin saxlanıldığını deyib.
Əməliyyat zamanı 2 nəfər həbs , Narkotik maddələrin yerləşdirildiyi iki minik avtomobili isə müsadirə olunub.
Əhər şəhərinin polis rəisi Qudrət Ağapurda mətbuata verdiyi açıqlamada minik avtomobilində iki şübhəli şəxsin saxlanıldığı, avtomobildə aparılan axtarışdan sonra 28 kilo 200 qram narkotik maddə olan tiryakın aşkarlandığını söyləyib.
Qeyd edək ki, bir neçə il öncəyə kimi Azərbaycan əyalətləri narkomaniyanın yayılma göstəricilərinə görə ən sağlam əyalətlər siyahısına daxil idilər.
Təəssüflə bir neçə ildir bu dəyişməkdə və Azərbaycan əyalətlərindən Türkiyə Cumhuriyyətinə, Azərbaycan Respublikasına daşınan uyuşdurucu vasitələrin nakodəhliz kimi istifadə edilməkdədir.
Bu və ölkədə hökm sürən dərin iqtisadi və ictimai böhran Azərbaycan əyalətlərində də narkomaniyanın yayılmasına səbəb olub.
C.E