SON XƏBƏRLƏR

Həmədanda axundu döyərək yaralayan gənc saxlanılıb

2021.10.20, 07:36
Həmədanda axundu döyərək yaralayan gənc saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Həmədan şəhərində bir axundu döyərək yaralayan gənc təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Bu barədə Həmədan prokuroru Kamran Həmzə çərşənbə günü “İsna” xəbər agentliyinə məlumat verib.

 

“Həmədanda bir neçə gün əvvəl naməlum şəxs gənc bir axundun evinə girib. O ev sahibinə hücum edərək ona bıçaq zərbəsi ilə xəsarət yetirib.

Axundun həyat yoldaşı ona yardım etmək istəyib, lakin o da bıçaq zərbəsi alaraq yaralanıb”- deyə prokuror bildirib.

 

K.Həmzənin sözlərinə görə, axund və həyat yoldaşını yaralayan şəxs hadisə yerindən qaçıb. Lakin o oktyabrın 17-i sübh saatlarında ölkədən çıxmaq məqsədi ilə getdiyi sərhədyanı bir şəhərdə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Prokuror bildirib ki, hələlik hücumun səbəbi məlum deyil, faktla bağlı araşdırma aparılır.

 

Son vaxtlar İranda axundlara qarşı hücumların sayı artıb. Əhali onları yaşadıqları maddi sıxıntılar, ədalətsiz və azadlıqlarının məhdud olmasının səbəbkarı kimi görür.

Ötən il Tehranda metronun qarşısında naməlum şəxs bir axunda hücum edərək ona 5 bıçaq zərbəsi vurmuşdur. Ötən aylarda da Tehran metrosunda bir axund hücuma məruz qalıb. Bıçaqla axunda hücum edən şəxs polisin açdığı atəş nəticəsində öldürülmüşdür.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar