SON XƏBƏRLƏR

Həmədanda boşanma halları sürətlə artır

2021.10.20, 07:36
Həmədanda boşanma halları sürətlə artır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Əyalətləri, o cümlədən Həmədan Əyalətində müxtəlif problemlərdən dolayı boşanma halları artır.

 

Bu barədə Həmədan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mustafa Azadbəxt idman şurası və gənclərin işləri üzrə mərkəzə baxış keçirərkən danışıb.

 

Əyalətdə əhalinin gündəlik idmanla məşğul olması üçün lazımi imkanların yaradılması və bunun üçün mədəni xidmətlərin göstərilməsinin vacib olduğunu vurğulayan Mustafa Azadbəxt təmsil etdiyi əyalətin daha ciddi məsələlərindən birinə toxunub. O müxtəlif səbəblərdən dolayı ailələrin dağılmasından nigaranlıq hissi keçirdiyini bildirib.

“Cari ildə (İranda yeni il Novruz bayramında başlayır) 9 ay müddətində Həmədan Əyalətində bağlanan nikahların üçdə biri boşanma ilə nəticələnib. Bunun qarşısını almaq üçün xüsusi tədbirlər alınmalıdır. Biz ən kiçik ixtilafların boşanma ilə nəticələndiyini görürük. Hesab eliyirəm ki, önləyici tədbir kimi, nikah öncəsi məsləhətləşmələr gücləndirilməlidir.”- deyə o qeyd edib.

 

Mustafa Azadbəxt gənc ailələrin problemi ilə bağlı sözlərini belə davam etdirib: “Çox təəssüflər olsun ki, bizim gənclərimiz evlilik həyatı ilə bağlı geniş məlumata malik deyil. Onları maarifləndirib və doğru istiqamətə yönəltmək lazımdır. Hesab eliyirəm ki, bu şəkildə boşanma hallarını müəyyən qədər azaltmaq mümkündür.”

 

Qeyd edək ki, İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda işsizlik, yoxsulluq və narkomaniyanın artması cəmiyyətdə bir çox problemlərə yol açıb. Min bir arzu ilə ailə quranlar sonda ictimai bir bəlanın qurbanı olaraq boşanma həddinə gəlib çıxır. Boşanmalara səbəb olan amillər arasında qadın və kişinin ailədə bir-birinə münasibətdə məsuliyyətsiz və laqeyd davranması, zorakılıq, qohumların ailə işlərinə müdaxiləsi və s. kimi amillər də yer alır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar