Həmədanda yaşı 5 min olan nadir qayaüstü rəsmlər yox olmaq üzrədir-FOTOLAR

2021-06-03 13:48

Güney Azərbaycanın Həmədan bölgəsində nadir qayaüstü rəsmlər məhv olmaq üzrədir. 

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Həmədan əyalətinin “Bu Əli Sina” Universitetinin Arxeologiya Bölməsinin elmi heyətinin üzvü doktor İsmayıl Hümməti Əzəndəryani məlumat verib. Onun sözlərinə görə, tarixi abidələrə laqeydlik pik həddə çatıb.

"Son illər Həmədan əyalətinin müxtəlif bölgələrində, o cümlədən Əzəndəryan bölgəsindəki ən böyük litoqrafiyaların məhv edildiyinin şahidi olduq"-deyə, doktor İsmayıl Hümməti Əzəndəryani bildirib.

Arxeoloq alim əlaqədar qurumların problemə binagə yanaşdığını vurğulayıb. 

“2015-ci ildə Həmədanda mövcud olan önəmli qayaüstü rəsmləri araşdırmaq və qeydiyyata almaq üçün bir tədqiqat layihəsi hazırlayıb yetkili qurumlara təqdim etdik. 

Ancaq bu baş tutmadı və biz sadəcə bu barədə olan məqalələri etibarlı jurnallarda yayınlamaqla kifayətlənməli olduq”-deyə, o, bildirib.

Alim qeyd edib ki,  “Həmədan əyalətinin qayaüstü rəsmləri” adlı kitabı yazıb və əsərlər barədə məlumatları qeydiyyata alınması üçün Mədəni İrs Təşkilatına təqdim edib. Lakin bu günə kimi bu iş reallaşmayıb.

Həmədan əyalətində qayaüstü rəsmlərin sayının çox olduğuna diqqət çəkən arxeoloq bildirib ki, onların Mədəni İrs Təşkilatı tərəfindən qeydiyyata alınmasa, nömrələnməsə məhv olacaq.

İsmayıl Hümməti Əzəndəryani qayaüstü əsərlərin bu günə kimi müasir elmi yollarla araşdırılmasına şərait yaradılmadığını qeyd edib. Alim abidələrdən bəzilərinin eradan öncə 5-ci minilliyə aid olduğunu söyləyib.

Alim əlavə edib ki, yanlış bilgilər və zehniyyətlə xəzinə axtaranlar qaya abidələrinin məhvini sürətləndirir.

 Onun sözlərinə görə, bu cür qayaüstü əsərlərə Həmədan əyalətinin bütün bölgələrində rast gəlinir.

C.E
 

اعتراض شهروندان خمین به تخریب سنگ‌نگار‌ه‌های باستانی تیمره | فرهنگ و هنر |  DW | 07.05.2016

استان مرکزی پایتخت سنگ نگاره های ایران است - ایسنا

سنگ نگاره های کوه سرخ | جاهای دیدنی ایران

سنگ نگاره های ایرانی

ایجاد موزه سنگ نگاره‌های استان مرکزی در خمین- اخبار استانها تسنیم | Tasnim

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16