SON XƏBƏRLƏR

Həmədanda iki günlük körpə oğurlanıb

2021.10.20, 07:36
Həmədanda iki günlük körpə oğurlanıb

Gunaz.tv

GünAz TV: Mayın 31-də Həmədanın Fatemiyyə Xəstəxanasında iki günlük körpə oğurlanıb.

 

Bu barədə Həmədan Tibb Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəfər Şahroxi jurnalistlərə məlumat verib.

“Xəstəxanada olan analardan birinin sözlərinə görə, naməlum bir qadın körpəni ondan təhvil alıb, sonra xəstəxanadan uzaqlaşıb”- deyə o bildirib.

 

C.Şahroxi hadisənin təfərrüatına işarə etmədən qeyd edib ki, “Xəstəxana məsulları bu barədə dərhal Polis İdarəsinə məlumat veriblər, hazırda Polisin Asayiş Şöbəsi bu işlə məşğuldur.”

 

“İrna” xəbər agentliyi isə bu barədə daha geniş məlumat yayıb.

“Bir qadın doğum evində yenicə ana olan qadınların otağına daxil olaraq özünü tibb bacısı kimi təqdim edib və bir anaya yaxınlaşaraq uşağını peyvənd vurmaq üçün ona verməsini istəyib. Lakin o uşağı təhvil aldıqdan sonra gizli bir şəkildə xəstəxanadan çıxıb”- deyə məlumatda qeyd olunub.

 

2015-ci ilin aprel ayında da Həmədan Əyalətinin Toyserkan şəhərində oxşar hadisə qeydə alınmışdır. Lakin xoşbəxtlikdən, körpəni oğurlayan şəxs 1 həftə axtarışdan sonra yaxalanıb və uşağı öz ailəsinə təhvil vermişdir.

Həmədan Güney Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bu şəhər Azərbaycanın digər şəhərləri kimi iqtisadi baxımından ağır vəziyyətdədir. İşsizlik və yoxsulluğun hökm sürdüyü Həmədanda son vaxtlar müxtəlif cinayət əməllərinin sayı artıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar