SON XƏBƏRLƏR

Həmədanda orta yaşlı kişinin bədən üzvləri bir neçə nəfəri həyata qaytarıb

2021.10.20, 07:36
Həmədanda orta yaşlı kişinin bədən üzvləri bir neçə nəfəri həyata qaytarıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda soydaşlarımız hər zaman humanizm prinsiplərinə sadiq qaldıqlarını müxtəlif formalarda nümayiş etdirməkdədir.

 

Son məlumata görə, Həmədan şəhərində beyin ölümünə düçar olmuş bir azərbaycanlı kişinin bədən üzvləri orqana ehtiyacı olan xəstələrə köçürülüb.

 

46 yaşlı Əli Molayinin orqanları ailəsinin razılığı ilə xəstələrə bağışlanıb, bunun nəticəsində 8 nəfəri ölümdən qurtarmaq mümkün olub.

 

Bu barədə Həmədan Tibb Universitetinin orqan köçürmə məsələləri üzə məsulu Dr. Həmidi mətbuata məlumat verib. Onun sözlərinə görə, bu, Həmədanda cari ildə (İranda yeni il Novruz bayramından başlayır) qeydə alınan birinci bədən üzvlərinin bağışlanması faktıdır.

 

Dr. Həmidi bildirib ki, ötən il Həmədan Əyalətində beyin ölümünə düçar olmuş 26 nəfərin bədən üzvləri ehtiyacı olan xəstələrə bağışlanıb, bununla da 100 xəstə yenidən həyata qaytarılıb.

 

Bütün dünyada olduğu kimi, Güney Azərbaycanda və İranda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır. İranda orqan bağışlanması beyin ölümünə düçar olmuş xəstələrin ailəsinin razılığı əsasında həyata keçirilir. Güney Azərbaycan Əyalətlərində orqan bağışlama faktlarında tez-tez rast gəlinir.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar