Həmədanda şəhərətrafı məhəllə sakinlərinin sayı sürətlə artır

2020-09-15 13:28

Hər ay orta hesabla 220 ailə Həmədan şəhərinin ətrafında formalaşan yoxsul yaşayış məntəqələrində məskunlaşır.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Həmədan şəhərinin İcra Hakimiyyəti başçısı Hüseyn Əfşari məlumat verib.

O əlavə edib ki, bu proses davam edərsə növbəti illərdə kənar məhəllədə yaşayanların sayı ciddi şəkildə artacaq.

 

 

İnsanların böyük şəhərlərin ətrafında formalaşan “qeyri-qanuni” məhəllələrdə yerləşməsi problemi Güney Azərbaycanın digər şəhərlərində də var. Ən primitiv şəhərsalma qaydalarına riayət olunmayan, şəhər infrastrukturundan məhrum bu məhəllələrdə adətən kəndlərdən şəhərə köçmüş, eləcə də şəhərin yoxsul ailələri məskunlaşır. şəhərətrafı məhəllələr adətən sürüşmə zonası və ya digər təhlükəli məntəqələrdə salındığı üçün orada tikilən evlər hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalır.

 

 

Bu məhəllələrdə yaşayanlar səhiyyə və təhsil kimi bir çox xidmətdən istifadə edə bilmir. Kənar məhəllələrdə həmçinin cinayət və narkotik aludəçiliyi nisbəti ciddi şəkildə yüksəkdir.

İşsizlik və yoxsulluq nəticəsində şəhərətrafı məhəllələrdə məskən salmağa məcbur olan insanlar narkomaniya, qaçaqmalçılıq, boşanma, zorakılıq və qətl kimi yeni böhranlarla üz-üzə qalırlar.

 

 

Bir müddət əvvəl Təbriz şəhərinin şura üzvü, Firidun Babai Əqdəm bu səhərin kənar məhəllələrində yaşayan insanların Zəlzələ və torpaq sürüşməsi təhlükəsi ilə üz-üzə olduqlarını bildirmişdi.

Babai Əqdəm Təbrizin ətrafında 2 min 500 hektarlıq sahədə kənar məhəllələrin formalaşdığını açıqlamışdı.

 

 

Rəsmi açıqlamalara əsasən, Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin əhalisinin 1 milyon 510 min nəfəri “qeyri-qanuni” və dağılmaq təhlükəsi ilə qarşı-qarşıya olan tikililərdə yaşayır.

Şərqi Azərbaycanda yararsız vəziyyətdə olan yaşayış məntəqələrin ümumi sahəsi 9 min 364 hektardır.

 

 

Neçə gün əvvəl isə Ərdəbil əyalətinin Yol və Şəhərsalma idarəsinin direktoru Məhbub Heydəri Güney Azərbaycanın Ərdəbil şəhərində əhalinin 30 faizinin dağılmaq təhlükəsi ilə qarşı-qarşıya olan tikililərdə yaşadığını açıqlayıb. 

Onun sözlərinə görə, Ərdəbildə 20, Xiyavda 12, Parsabadda 11 məhəllə, Xalxalda isə 7 məhəllə yararsız və köhnə vəziyyətdədir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16

gun az article

Ərk cəmiyyəti adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi ala bilməyən uşaqla bağlı beynəlxalq qurumlara müraciət edib

2020-09-16

gun az article

Güney azərbaycanlı milli fəal Behnam Şeyxi müvəqqəti azadlığa buraxılıb

2020-09-16

gun az article

GünazTV Sep.15.2020-Özümüz: Məhəmmədəli Şah və Məşrutə

2020-09-15

gun az article

GünazTV Sep.15.2020 -GÜNDƏM MASASI: Farsçı təşkilatlar və medianın siyasi çıxar əsasında təbliğatı

2020-09-15

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-15