Həmədanda qondarma ittihamlarla sufi təşkilatının üzvləri həbs edildi

2021-05-04 11:20

​​​​​​​Güney Azərbaycanın Həmədan bölgəsində həbslər olub. Bu barədə Həmədan İslam İnqilab Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr bölməsinin nümayəndəsi Əli Əkbər Kərimpur  məlumat verib. 

Gunaz.tv Quote | Gunaz article

O, əyalətdə səkkiz nəfərin qanunsuz təşkilata üzv olmaq ittihamı ilə həbs olunduğunu bildirib.

Əli Əkbər Kərimpur mayın 3-də mətbuata verdiyi açıqlamada həbs olunanların qanunsuz fəaliyyət göstərən “Ürfan həlqəsi (şəbəkəsi)” adlı sufi təşkilatına üzv olduqlarını və icazəsiz fəaliyyət göstərdiklərini bildirib. 

Onun sözlərinə görə, saxlanılanlar barələrində cinayət işinin açılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, “Ürfan həlqəsi” 2001-ci ildə Məhəmmədəli Tahiri tərəfindən qurulan sufi təşkilatıdır.

Məhəmmədəli Tahiri həbs olunduqdan sonra “yer üzündə fitnə-fəsad yaymaq” ittihamı ilə edama məhkum edilib. Sonradan onun edam cəzası 5 il həbs cəzası ilə dəyişdirilib.

O, 2018-ci ildə həbsxanadan buraxıldıqdan sonra xaricə mühacirət edib.

Qeyd edək ki, son illər İranın müxtəlif bölgələrində bu təşkilata üzv olmaq ittihamı ilə çox sayda insan həbs olunub.

İran hökuməti siyasiləşdirdiyi islam və şiə ideolojisindən fərqli dini cərəyanlara mənsub şəxslərin fəaliyyətinə ciddi qadağa qoyduğu üçün “Ürfan halqəsi” təşkilatı qanunsuz sayılır və ona üzv olan şəxslər “yer üzündə fəsad yaymaq”da günahlandırılırlar.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16