Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13 14:25

Həmədan əyalətinin bələdiyyə başçısı gələn həftə "Dünya Dulusçuluq Şəhəri" mərkəzinin işə başlayacağını deyib.

Gunaz.tv Quote | Gunaz article

Həmədanın Ləleyin (Lalcin) şəhərində "Dünya Dulusçuluq Şəhəri" açılacaq. Bu barədə Həmədan əyalətinin bələdiyyə başçısı Həmid Mühibbi Məcid məlumat verib. O, dulusçuluq mərkəzinin gələn həftə işə başlayacağını deyib.

Mayın 12-də mətbuata açıqlama verən Həmid Mühibbi Məcid bildirib ki,  mərkəzin binasında son dizayn, tamamlama işləri aparılır. 


"Hazırda Ləleyində mövcud olan problemlərdən biri, "Dünya Dulusçuluk Şəhəri" Katibliyinin olmaması və planlı qərarların verilməməsidir. Mərkəzin yaradılması ilə b problemin həll prosesinin sürətləndirilməsinə xidmət edəcəyini düşünürəm”-deyə, "Dünya Dulusçuluq Şəhəri" Mərkəzinin katibi və bələdiyyə başçısı H.M.Məcidi bildirib.

Qeyd edək ki, dünya dulusçuluq mərkəzləri ilə əlaqələrinin qurulması və yerli dulusçuluq sənətinin tanıtdırılması üçün mərkəzin yaradılması ilə bağlı qərar 2016-cı ildə verilmişdi.

Ancaq vəsait ayrılmadığı və hökumətin məsələyə laqeyd münasibəti nəticəsində bu təşəbbüs reallaşdırıla bilmirdi.

Güney Azərbaycanın Həmədan əyalətinin Ləleyin şəhərinin əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edir. 

Bu şəhər dünyanın dulusçuluq paytaxtıdır və 2016-cı ildə Dünya Əl Sənətləri Şurası tərəfindən "Dünya Dulusçuluq Şəhəri" elan edilib. Bu şəhər 17 min nəfər əhaliyə malik olan şəhər Həmədan əyalətinin Bahar mahalında yerləşir.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15