SON XƏBƏRLƏR

HƏMSƏDRLƏR RƏSMİ BAKIYA AĞIL ÖYRƏDİR_Vasitəçilər Azərbaycanı “hərbi ritorika”dan əl çəkməyə çağırır

2021.10.20, 07:36
HƏMSƏDRLƏR RƏSMİ BAKIYA AĞIL ÖYRƏDİR_Vasitəçilər Azərbaycanı “hərbi ritorika”dan əl çəkməyə çağırır

Gunaz.tv
HƏMSƏDRLƏR RƏSMİ BAKIYA AĞIL ÖYRƏDİR Vasitəçilər Azərbaycanı “hərbi ritorika”dan əl çəkməyə çağırır 3618.jpg Dünən ATƏT-in Vyanadakı mənzil-qərargahından bu təşkilatın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupuna həmsədrlik edən diplomatların adından bəyanat yayılıb. Həmsədrlər bəyanatlarında Azərbaycan və Ermənistan prezidentləri arasında iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşdə əldə olunan konstruktiv nailiyyətləri alqışlayıblar. Onlar həmçinin iyunun 27-28-də regiona etdikləri səfərin nəticələrindən razı qaldıqlarını bildiriblər. “Bu son dərəcə mühüm məqamda həmsədrlər bütün tərəfləri həm danışıqlar masasında, həm də bəyanatlarında maksimalist təşəbbüslər səsləndirməkdən çəkinməyə çağırırlar. Həmçinin, tərəfləri hərbi ritorika dili ilə danışmamağa çağırırıq, çünki biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzərində çalışırıq” . Həmsədrlər qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil: “Buna görə də hər iki prezidentin Sankt-Peterburq görüşü zamanı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların davamı üçün tərəfləri ruhlandırmağa çağırmalarını istəyirik. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü gözləyirik ki, münaqişənin həllinin baza prinsipləri üzərində işi davam etdirək” . Vasitəçilərin bu bəyanatının xüsusi özəlliyi əvvəllər olduğu kimi tərəfləri sakitliyə dəvət etməkdən və danışıqlar prosesinin dayanmadığını göstərməkdən ibarətdir. Bəyanat ümumi ifadələrlə tərtib olunub, lakin aydındır ki, həmsədrlər Azərbaycan tərəfinin “hərbi ritorika” ilə danışmasından razı deyillər. Doğrudur, bəyanatda tərəflərin hansının hərbi ritorikaya üstünlük verdiyi deyilmir, ancaq hamıya aydındır ki, söhbət Azərbaycandan gedir. Çünki işğal edilmiş ərazilərin güc yoluyla qaytarıla biləcəyi haqda ənənəvi xəbərdarlıqlar Bakıdan tez-tez, müxtəlif səviyyələrdə edilir. “Maksimalist təşəbbüslər” dedikdə isə həmsədrlər ona işarə edirlər ki, heç bir tərəf münaqişənin həlli zamanı öz istəyini tam təmin edə bilməz və hər iki tərəf nələrisə güzəştə getməlidir. Həmsədrlərin bəyanatı xarici işlər nazirlərinin görüşü ərəfəsində verilir. Elmar Məmmədyarovla Edvard Nalbəndyan avqustun 1-də Moskvada görüşəcəklər. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar