SON XƏBƏRLƏR

Hər hansı insanın haqsız ölümü İNSANLIĞIN ölümüdür!Babək Azəri hüquqçu

2021.10.20, 07:36
Hər hansı insanın haqsız ölümü İNSANLIĞIN ölümüdür!Babək Azəri hüquqçu

Gunaz.tv
Hər hansı insanın haqsız ölümü İNSANLIĞIN ölümüdür! Babək Azəri hüquqçu Farsların içində geniş yayılmış bir beyit şeir var, istəyirəm bu yerdə onu misal çəkim. O da bundan ibarətdir: " Yaxşılıqda nə pislik var idi ki, onlar pisliyi seçdilər?" Mən bu zərb məsəli xatırladıb bu sualı vermək istəyirəm : Axı, bu faciələr nə üçün? Aldığımız məlumata görə, gənc milli fəallarımızdan biri olan Fərhad Mohsini 2006 - ci ilin may ayında baş verən Milli Qiyamda güllələnib və ETTELAAT məmurları tərəfindən naməlum yerə aparılmışdı. Onun valideyinləri oğulları haqqında məlumat almaq üçün çox çalışmışdırlar. Amma hökumət dairələri onları hədələyib demişdir: " Onun həbsdə olması ilə bağlı mətbuatda heç bir məlumat getməməlidir. Əgər bu mövzu informasiya orqanlarında aktual olarsa, Fərhad Mohsini və eyni zamanda onun valideyinləri də cəzalanacaq." Çox təəssüf ki, uzun zaman adı çəkilən milli fəala vurulan ittiham, harada saxlanıldığı və onun sağlığı ilə bağlı konkret məlumat əldə yox idi.Nəhayət ki, Fərhad Mohsininin ölüsü Elgölündə tapılmışdı. Elə bu mövzu ilə əlaqədar ETTELAAT məmurları onun valideyinləri ilə görüşüb və ciddi şəkildə hədələmişdirlər ki, bu mövzu mətbuatdan uzaq saxlanıla. Amma bu dəfə oğul dağı görən valideyin, onların son hədələrinə təslim olmayıb və nahaqq yerə öldürülmüş balalarının xəbərini İnsan Hüquqlarını Müdafiə edən Təşkilatların qulağına çatdırmışdırlar. Bu xəbər sürətlə sitələrdə, radiolarda, o cümlədən Günaz TV - də və Fransa radiosunda yayılmışdı. Xəbər dünya miqyasında bəzi informasiya orqanlarında aktual olandan sonra, Tehran rejiminin agentləri nəhayət ki, reaksiya verməyə məcbur olmuşdurlar. İranın rəsmi xəbər agentliyi, yəni Cumhuri - İslami, bu gün 13 iyun tarixində Şərqi Azərbaycanın polis rəisinin Fərhad Mohsinin ölümü ilə bağlı söylədiyi açıqlamaya əsaslanaraq demişdir: "20 gün bundan əvvəl 23 yaşlı Fərhad Mohsini dostları ilə gəzməyə çıxır və ondan sonra izsiz yox olur. Nəhayət ki, cəsədi Elgölündə tapılıb və məhkəmə ekspert tibbi müayinədən keçirilərkən, onun bədənində döyülmə və ya yara əlaməti müşahidə edilməmişdir. Yenə də aparılan əməliyyatlar nişan verir ki, Fərhad Möhsini insan psixologiyasına mənfi təsir edən həblər atıb. Son nəticə kimi onu demək olar ki, qəbul etdiyi həblərin təsirindən özünü suda boğub." Əlbəttə, məlumat üçün xatırladaq ki, bir neçə vaxt bundan əvvəl başqa bir milli fəal, yəni Səttar Səliminin ölümü də çox müəmmalı olmuşdur. S.Səlimi də 2006 - cı ilin Milli Qiyamında tutulmuş, amma onun da həbsdə olduğu valideyinlərindən və ictimaiyyətdən gizlədilmişdir. O, iki ay həbsdə olarkən ağır işgəncəyə məruz qalmış və qətlə yetirilmişdir. Cənazəsini ailəsinə təhvil verib və ölümünün səbəbini belə vurğulamışdırlar: "Səttar Səlimi zindandan qaçıb və Araz çayından keçərkən boğulub." ( Tarixində görünməyib ki, kimsə İran zindanından qaçsın! ) Hər - halda Şərqi Azərbaycanın polis rəisinin izahatı ilə bağlı bəzi mülahizələri diqqət mərkəzinə almalıyıq: 1.Nə üçün Fərhad Mohsinin ölüsü tapılanda İran mətbuatı və hökumət dairələri bu barədə heç bir məlumat vermədən, susublar? Ancaq bu mövzu İnsan haqlarını mühafiə edən təşkilatlar və İran fars rejiminin nəzarətində olmayan informasiya vasitələrində yalnız məlumat gedəndən sonra, nəhayət dövlət tərəfindən açıqlama verilir. 2.Şərqi Azərbaycanın polis rəisinin ad çəkdiyi pisikanı korlayan həbləri, uzun müddət narkotika qəbul etmiş adamlar, narkotik maddə tapa bilməyəndə onu bir əvəz edici kimi qəbul edirlər. Necə olur ki, 23 yaşlı cavan bir adam, hətta siqaret belə çəkmir, belə bir adam dostları ilə gəzməyə çıxarkən onlardan ayrılıb və o həblərdən qəbul edıb və nəhayət suda özün qərq edib. Amma bu yerdə ən maraqlı, diqqət ediləsi nöqtə bundan ibarətdir ki, Fərhad Mohsinin valideyinlərinin verdiyi məlumata görə, o, ETTELAAT məmurları tərəfindən tutulub və gizlin yerdə saxlanılırmış və hətta onlara hədə - qorxu gəlinib ki, bu barədə kütləvi informasiya vasitələrinə heç bir məlumat verməyələr. Bəlkə məsələyə bu cür də baxmaq olar ki, F.Mohsini kimyəvi maddələrlə zəhərlənilib və öldürülüb. Çünki son zamanlarda bəzi milli fəalların tərəfindən xəbər verilir ki, həbsxanalarda bəzi milli fəalları təkadamlıq kameralara salır və onlara elə bir yemək - içmək verirlər ki, onu yeyən şəxslərin bir müddətdən sonra əlləri əsir, yaddaşı itir, çəkisi azalır və s. Buna tədrici zəhərləndirmə deyirlər. Nəhayət, bir müddət belə davam edərsə, ölümlə nəticələnə bilər. Amma ölünün bədənində heç bir iz qalmır, o cümlədən, döymə və ya hər hansı bir işgəncə izi. Əgər bu yersiz ittihamdı, gərək İran rejiminin qorxusu olmaya ki, beynəlxalq təşkilatların nümayəndələri İrana gedib və zindanların şəraitin yaxından aydınlaşdıralar. Amma İran heç zaman bunu həyata keçirməyə izin - icazə vermir. 3.Hər halda bu aydın bir faktdır ki, Fərhad Mohsini adında bir Azərbaycanlı gənc ölüb. Və bu ölümü onun valideyinləri və insan haqlarını müdafiə edən təşkilatlar, əllərində olan fakta əsasən zindanda qətl hadisəsi hesab edirlər. Amma İranın hökumət dairələri bu hadisəni intihar adlandırırlar. Bu cür halda, bu cür məqamda mədəni ictimaiyyətdə gərək ki, bu ölümlə bağlı araşdırmalar aparıla və ölümün səbəbi ilə bağlı son qərarı tərəfsiz məhkəmə verə. Amma İran adlanan məkanda bu növ mədəniyyətdən xəbər yoxdur. Çünki bu dövlət hələ də VII əsrdə, feodalizm dövrünün qayda - qanunu ilə idarə olunur, sivil dünyaya intiqrasiyasi yoxdur. İran hökumət dairələri birtərəfli son qərarı verirlər. Əgər onun valideyini və ya insan hüququnu müdafiə edən şəxslər öz fikirlərində və etirazlarında israrlı olarlarsa, çox ehtimal ki, sonda onlar da zindan barmaqlıqları arasından baxmalı olarlar. Çünki dəfələrlə olan təcrübələr bunu nişan verir. 4.Bu hadisənin bir insani aspekti də var. Bir ata - ana ki övlad dağı görüb, onları düşünmə və onlara dəstək vermək hər birimizin insani vəzifəsi sayılır. Amma görürük ki, İran hökumət dairələri gənc Azərbaycanlının ölüsü torpağa tapşırılmamışdan qabaq, informasiya vasitəsində onu "cunun" adı verib, "narkotik" qəbul etmədə günahlandırırlar. Elə bu vasitə ilə də oğul dağı görən valideyinin psixoloji işgəncəsinə bais olurlar. Farsların içində geniş yayılmış bir beyit şeir var, istəyirəm bu yerdə onu misal çəkim. O da bundan ibarətdir: " Yaxşılıqda nə pislik var idi ki, onlar pisliyi seçdilər?" Mən bu zərb məsəli xatırladıb bu sualı vermək istəyirəm : Axı, bu faciələr nə üçün? P.S. Sonda üzümü bütün ata - analara tutub deyirəm: Övladları tutulan kimi və ya müəmalı şəkildə yox olan kimi, bu xəbəri dünya ictimaiyyətinə nə yolla olursa, olsun çatdırmaq lazımdır. Xüsusən, insan haqlarını müdafiə təşkilatlarına xəbər vermək sizin ən birinci vəzifənizdir. Unutma ki, qorxub xəbəri gizlətməklə, öz övladının gələcək həyatını təhlükə altına almış olursan! Fərhad Mohsininin ölümü ilə bağlı Cumhuri - İslami xəbər agentliyinin verdiyi məlumatı aşağıdakı linkdə oxuya bilərsiniz. http://www2.irna.ir/fa/news/view/menu-155/8703234759191440.htm جسد مردي ازاستخر آبي ائل گلي تبريز كشف شد تبريز، خبرگزاري جمهوري اسلامي ‪۸۷/۰۳/۲۳‬ داخلي.اجتماعي.حوادث. رييس پليس آگاهي استان آذربايجان شرقي گفت: جسد مردي ‪ ۲۳‬ساله كه ‪ ۲۰‬روز پيش مفقود شده بود، روزچهارشنبه از داخل استخرآبي پارك ايل گلي تبريز كشف شد. سرهنگ" مجتبي اماني" روز پنجشنبه در گفت وگويي با خبرنگار ايرنا افزود: اين فرد به نام "فرهاد م." روز سوم خرداد به همراه دوستان خود از منزل خارج و ديگر مراجعه نكرده بود. به‌گفته وي كارآكاهان جنايي در بررسي جسد هيچ‌گونه آثار ضرب و جرح مشاهده نكرده و احتمال داده مي‌شودنامبرده خود را در آب استخر غرق كرده است . درهمين حال پزشك قانوني تبريزاستفاده نامبرده ازقرص‌هاي روان گردان را تاييد كرده است.كد/‪۳‬ ‪۶۰۷ /۵۸۶/۶۱۲‬ ferhad_mohsimi.jpg azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar