SON XƏBƏRLƏR

HƏRBİ PARADDA BÜTÜN QOŞUN NÖVLƏRİ İŞTİRAK EDƏCƏK. Eldar Sabiroğlu: “Silahlı Qüvvələrimizin hansı gücə malik olduğunu bütün dünya görəcək”

2021.10.20, 07:36
HƏRBİ PARADDA BÜTÜN QOŞUN NÖVLƏRİ İŞTİRAK EDƏCƏK. Eldar Sabiroğlu: “Silahlı Qüvvələrimizin hansı gücə malik olduğunu bütün dünya görəcək”

Gunaz.tv
“HƏRBİ PARADDA BÜTÜN QOŞUN NÖVLƏRİ İŞTİRAK EDƏCƏK” Eldar Sabiroğlu: “Silahlı Qüvvələrimizin hansı gücə malik olduğunu bütün dünya görəcək” 4216.jpg İyunun 26-da Azərbaycanın Milli Ordusunun yaradılmasının 90 illiyi tamam olur. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə həmin gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradı keçiriləcək. Artıq bir neçə aydır ki, parada hazırlıq gedir. Hərbi parada 4 gün qaldığından hazırlıq işlərinin gedişini öyrənmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu indiyə qədər bir neçə dəfə məşqlər keçirildiyini dedi. “İyunun 26-da keçiriləcək hərbi parada hazırlıq yüksək səviyyədədir. Paradda Azərbaycan Silahlı Qüvvələrindəki bütün qoşun növlərini təmsil edən şəxsi heyət, silah, hərbi texnika nümayiş etdiriləcək. Həmin gün silahlı qüvvələrimizin hansı gücə malik olduğunu bütün dünya görəcək. İyunun 26-ı Azərbaycan xalqının bayramına çevriləcək”. Xatırladaq ki, Azərbaycan 1991-ci ildə yenidən müstəqillik qazandıqdan indiyə qədər cəmi bir dəfə - 1992-ci ilin oktyabrında mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə hərbi parad keçirib. Etibar SEYİDAĞA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar