SON XƏBƏRLƏR

Hərəkatçıdan xəbər yoxdur. Əskər Əkbərzadəyə işgəncə verildiyi bildirilir

2021.10.20, 07:36
Hərəkatçıdan xəbər yoxdur. Əskər Əkbərzadəyə işgəncə verildiyi bildirilir

Gunaz.tv
Hərəkatçıdan xəbər yoxdur Əskər Əkbərzadəyə işgəncə verildiyi bildirilir 20 gün bundan əvvəl həbs edilmiş ərdəbilli Milli Hərəkat fəalı Əskər Əkbərzadənin harada olduğu bilinmir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, ailəsi bununla bağlı narahatdır. Onun ETTELAAT-ın həbsxanasında ağır işgəncələr məruz qaldığı bildirilir. Qeyd edək ki, mayın 21-də həbs edilmiş hərəkat fəalı "Savalanın səsi" və "Azərnyus" saytları ilə əməkdaşlıqda suçlandırılır. Təhlükəsizlik qüvvələri hərəkatçının ailəsinə mediaya çıxışı yasaqlamışdı. Fərhad Möhsüninin ölümü Hərəkatçıları təlaşa salıb Bir müddət öncə Təbrizin Elgölü parkından meyiti tapılmış Güney Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Möhsüninin aqibəti hərəkatçıları təlaşa salıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, gənc hərəkat fəalının müəmmalı və faciəli ölümü siyasi fəalların passivliyinə səbəb olub. Zəncan Universitetində aksiya Zəncan Universitetində 4 günlük oturaq aksiya davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən " OLAYLAR"a daxil olan məlumata görə, iyunun 16-da 500 tələbə universitetin qapılarını bağlayaraq müəllim və tələbələri ali məktəbin binasına buraxmayıblar. Universitet ETTELAAT qüvvələri tərəfindən mühasirəyə alınıb. Öyrəncilərin əsas tələbi sosial şəraitin yaxşılaşdırılması və siyasi hüquqlardır. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar