SON XƏBƏRLƏR

“Həşdüş Şəəbi” komandanı İranın İraqa müdaxilələrini tənqid etdiyi üçün həbs edilib

2021.10.20, 07:36
“Həşdüş Şəəbi” komandanı İranın İraqa müdaxilələrini tənqid etdiyi üçün həbs edilib

Gunaz.tv

GünAz TV: İraqın “Həşdüş Şəəbi” adlanan silahlı qruplaşmasının “Əbülfəzl Abbas briqadası”nın komandanı olan Övs əl-Xəffaci İranın ölkəsinə müdaxiləsini tənqid etdiyi üçün həbs edilib.

 

Bu barədə məlumatı bəzi İraq media orqanları yayıb. Məlumatda qeyd edilir ki, “Həşdüş Şəəbinin Təhlükəsizlik Qüvvələri” adlanan qruplaşma fevralın 7-si əl-Xəffacinin Bağdadın mərkəzində, əl-Kərradə bölgəsində yerləşən iş yerinə gedərək, onun özünü və ona bağlı olan şəxsləri həbs ediblər. “Həşdüş Şəəbi” bundan sonra bəyanat yayaraq, əl-Xəffacinin bu qruplaşmaya bağlı olmadığını bildirib.

 

Qeyd edək ki, əl-Xəffaci bir müddət əvvəl yerli televiziya kanallarından birində İranın ölkəsinə müdaxiləsini, eləcə də 2003-cü ildən bu günə qədər İraq rəsmilərinin korrupsioner fəaliyyətlərini kəskin tənqid etmişdi. O, həmçinin “Həşdüş Şəəbi” qruplaşmasının liderlərinin də korrupsioner fəaliyyətlə məşğul olduğunu demişdi. Amerika ordu qüvvələrinin İraqdan çıxarılması ilə bağlı da danışan əl-Xəffaci bildirmişdi ki, belə olan təqdirdə, İranın hərbi qüvvələri də İraqı tərk etməlidir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar