Həsən Nəsrullah İrana görə Qərbi “təhdid” edib

01.06.2019, 15:06

GünAz TV: “Hizbullah” terror təşkilatının baş katibi Həsən Nəsrullah Qərbi “təhdid” edib.

 

O birdirib ki, Amerika Birləşmiş Ştatları İrana qarşı müharibəyə başlayarsa, rəhbərlik etdiyi terror təşkilatı “regionun siyasi coğrafiyasını dəyişəcək”. Nəsrullah həmçinin müharibə başlayacağı təqdirdə, Amerikanın regionda olan bütün qüvvələrinə və mənafeyinə qarşı hücumlar təşkil edəcəklərini deyib.

 

Həsən Nəsrullahın Qərbi təhdid etməsinə baxmayaraq, təmsil etdiyi qurum- “Hizbullah” terror təşkilatı hazırda böyük maliyyə problemləri ilə üz-üzə olduğu üçün fəaliyyətini dayandırmaq üzrədir. Belə ki, Amerikanın rəsmi Tehrana qarşı yenidən sanksiya tətbiq etməsindən sonra İran təşkilata ayırdığı təqribən illik bir milyard dollardan çox pulu demək olar ki, kəsib.

 

İrandan “Hizbullah”a axan maliyyə yardımının kəsilməsindən sonra təşkilat “Əl-Mənar” adlı televiziya kanalında işçilərin kütləvi ixtasarı aparıb, eləcə də Livanın cənubunda yerləşən daşınmaz əmlaklarını satıb. Bundan əlavə, “Hizbullah” ötən aylar ərzində öz terrorçularının aylıq muzdlarının yalnız 2/3-ni ödəyə bilib və pul çatışmazlığı səbəbindən ehtiyat qüvvələrini buraxıb.

 

Mayın sonlarında isə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti məlumat yayaraq, İranın maliyyə problemləri səbəbindən hazırda Suriyadan “Hizbullah” terrorçularını çıxardığını bildirmişdi.

 

Qeyd etmək lazımdır ki, təqribən 1 ay əvvəl Həsən Nəsrullah öz tərəfdarlarına müraciət edərək, onlardan pul köməyi istəmişdi. Onun bu çağırışına Qərb tərəfindən maraqlı reaksiyalar verilmişdi. Bir çox qərbli rəsmi sanksiyaların Nəsrullahı dilənçilik etməyə vadar etdiyini bildirmişdilər.

 

Bu qədər maddi çatışmazlıq içərisində Nəsrullahın Qərbi regionun siyasi xəritəsini dəyişməklə bağlı “təhdid” etməsi bütün mövcud reallıqlara nəzərən aldıqda, sadəcə öz tərəfdarlarını allatmağa hesablanmış addımdır.

 

 Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz