Həsən Nəsrullah: “İranın yanacaq yükünün ilk partiyası cümə axşamı günü Livana çatdırılacaq”

2021-09-14 11:18

Livanın “Hizbullah” terror təşkilatının rəhbəri Həsən Nəsrullah İranın Livana yardım üçün göndərdiyi yanacaq yükünün yaxın iki gündə bu ölkəyə çatacağından xəbər verib.

Gunaz.tv Quote | Gunaz article

Sentyabrın 13-də televiziyada etdiyi çıxışında Həsən Nəsrullah ilk dəfə bir ay əvvəl Livanda yaşanan yanacaq böhranını aradan qaldırmaq üçün İrandan yardım istədiklərini bildirmişdi.


İranın göndərdiyi yanacağın ötən bazar günü Suriyada təxliyə olunduğunu bildirən “Hizbullah” lideri deyib ki, onun başçılıq etdiyi təşkilat Livanda yanacaq çatışmazlığını aradan qaldırmaq üçün İrandan yanacaq alınması imkanını gerçəkləşdirib.


“İranın yanacaq yükünün ilk partiyası cümə axşamı günü Livana çatdırılacaq və bu baxımdan İran yanacağını bizə çatdıracaq Suriya hökumətinə öz təşəkkürümü bildirirəm.


Bizə deyilmişdi ki, İran yanacağını daşıyan gəminin birbaşa Livana gəlməsi ölkəyə ziyanlı ola bilər. Biz isə ölkəyə zərər-ziyan dəyməsin-deyə digər seçimlərə üz tutduq.


Həmçinin İran yanacağını Livana çatdırmaq üçün yola düşən ikinci gəmi yaxın bir neçə gün ərzində Suriyanın Baniyas limanına çatacaq və onun ardınca İranın dizel və benzin yanacağını daşıyan və yazırda yolda olan üçüncü və dördüncü gəmiləri də gəlib çatacaqlar”, -deyə Livanın “Hizbullah” terror təşkilatının rəhbəri Həsən Nəsrullah bildirib.


Qeyd edək ki, Livan hökuməti Amerikanın sanksiyalarından ehtiyatlanaraq İrandan yanacaq ala bilmədiyi bir halda, adı ABŞ hökumətinin terrorçu təşkilatlar siyahısında olan və barəsində sanksiya tətbiq edilən “Hizbullah” qruplaşması özbaşına olaraq birbaşa özü bu işə əl qoyub.


Livandakı “Hizbullah” müxalifləri isə bildiririlər ki, adı Vaşinqton tərəfindən terrorçu təşkilatlar siyahısına salınan  İrandan”Hizbullah”ın İrandan yanacaq alınması, onsuz da çətin durumda olan Livanı beynəlxalq sacnksiyaları təhdidi ilə üz-üzə qoya bilər. 


Xatırladaq ki, Livanda yaşanan yanacaq çatışmazlığına görə, gündəlik həyat iflic vəziyyətinə düşüb. Çünki Livanın yanacaq almaq üçün kifayər qədər valyutası yoxdur. Bundan başqa,  Livanın dövlət enerji şirkəti isə ölkənin yalnız minimum elektrik enerjisi istehsal etmək gücünə malikdir.

Məhz həmin səbəbə görə də, hazırda demək olar ki, Livanda bütün mağazalar və evlər neft və benzinlə işləyən kiçik və özəl generatorlardan asılıdır.

یک پمپ بنزین در بیروت (عکس از آرشیو)

A.M

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Həsən Nəsrullah: “İrandan Livana yanacaq daşıyan üçüncü gəminin yola düşməsi barədə razılığa gəlmişik”

Həsən Nəsrullah: “İrandan Livana yanacaq daşıyan ikinci gəmi artıq yola düşüb”

Livanlı siyasətçilər “Hizbullah”ın İrandan yanacaq idxal etməsinə qarşı çıxıblar

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə ordusu PKK terrorçularını məhv edib

2021-09-19

gun az article

MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"

2021-09-19

gun az article

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq

2021-09-19

gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18