SON XƏBƏRLƏR

Həsən Ruhani: “1 il də nüvə razılaşmasından qalsaq, silah alıb-sata biləcəyik”

2021.10.20, 07:36
Həsən Ruhani: “1 il də nüvə razılaşmasından qalsaq, silah alıb-sata biləcəyik”

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani bildirib ki, ölkəsi daha 1 il nüvə razılaşmasında qalmaqla, gələn il “böyük siyasi, hərbi və təhlükəsizlik əhəmiyyəti olan hədəfinə” çatmış olacaq.

 

O, Rəfsəncan rayonunda əhali ilə görüşü zamanı rəsmi Tehranın nüvə razılaşmasında qalmasını dəstəklədiyini deyib.

 

“Əgər bu razılaşmada qalsaq, gələn il hərbi ləvazimatlarla bağlı bizə qarşı qəbul edilmiş sanksiyalar qaldırılacaq və çox rahatlıqla silah ala və sata biləcəyik”, - deyə Həsən Ruhani əlavə edib.

 

Ruhani çıxışı zamanı bir daha Avropa ölkələrini nüvə öhdəliklərinə tam əməl etməməkdə günahlandıraraq, rəsmi Tehranın nüvə öhdəliklərini azaltmaq istiqamətində atdığı 4 addımlarla “orta yolu” seçdiyini deyib. O, həmçinin ölkəsinin nəyin bahasına olur-olsun, nüvə razılaşmasında qalmağa çalışdığını vurğulayıb.

 

İran pezidenti sonda ölkə siyasi elitası arasında nüvə razılaşması mövzusunda fikir ayrılıqlarının mövcud olduğunu və radikal rəsmilərin dövlətin işinə əngəl olduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, 2015-ci ildə rəsmi Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əsasən, gələn il İran qarşı qəbul edilmiş silah embarqoları ləğv edilməlidir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar