SON XƏBƏRLƏR

Həsən Ruhani Ermənistana səfər edəcək- FOTO

2021.10.20, 07:36
Həsən Ruhani Ermənistana səfər edəcək- FOTO

Gunaz.tv

GünAz TV: İranın Prezident Aparatında Həsən Ruhaninin başçılığı ilə Avrasiya İqtisadi Birliyi ilə rəsmi Tehran arasında azad ticarətlə bağlı imzalanmış razılaşma müzakirə edilib.

 

Ötən gün baş tutan iclasda müvafiq nazirlər, rəsmilər və orqanlar Ruhaniyə razılaşmanın icra edilməsi üçün atılacaq zəruri addımlar və mexanizmlər barədə ətraflı məlumat veriblər.

 

Görüş zamanı hesabatların əsasında İran Sənaye, Ticarət və Mədən Nazirliyinin nəznində Avrasiya Bölgəsi ilə Azad Ticarət və İxracatın Artırılması Mərkəzinin əsası qoyulub. Bu mərkəz Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə ticari əlaqələrin qurulması, tənzimlənməsi və ixracat imkanlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək.

 

Ruhani görüş zamanı Avrasiya ilə ticari əlaqələrin “zərurətindən” danışıb və ölkəsinin cari ilin oktyabr ayının sonunda rəsmən sözügedən iqtisadi birliyə daxil olacağını deyib.

 

Xatırladaq ki, Rusiya və Ermənistan prezidentləri Həsən Ruhaninin Avrasiya İqtisadi Birliyinin yaxınlarda İrəvanda Nikol Paşinyanın başçılığı ilə keçiriləcək növbəti görüşündə iştirak etmək üçün Ermənistana dəvət ediblər.

 

 

Bunda öncə isə fevral ayının 27-də, Xocalı soyqrımının 27-ci il dönümündə Ermənistanın baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti İran Prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana rəsmi səfər etmişdi. Bu səfər Quzey və Güney Azərbaycanda böyük etirazlara səbəb olmuşdu.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar