Həsən Ruhaninin qardaşı Evin zindanına köçürülüb

16.10.2019, 08:52

GünAz TV: İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fürudin 5 illik həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına köçürülüb.

 

Bu barədə məlumat yayan Hüseyn Fürudinin vəkili Hüseyn Sərtipi bildirib ki, müvəkkili bu gün hökmün icrası üçün ədliyyə orqanına gəldikdən sonra Evin həbsxanasına aparılıb.

 

Xatırladaq ki, oktyabrın 2-də İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli prezidentin qardaşının rüşvət aldığına görə 5 il həbsə məhkum edildiyini bəyan etmişdi.

 

Media orqanlarında yayılan məlumatlara əsasən, Hüseyn Fürudinin rüşvət aldığı şəxslər arasında bank borcunu ödəmədiyi üçün həbs edilən Rəsul Daniyalzadə də var.

 

Milli Məclisin deputatı Əlirza Zakani məsələ ilə bağlı bildirib ki, Rəsul Daniyalzadənin adı Hüseyn Fürudinin və Əkbər Təbərinin cinayət işlərində adı keçsə də, o, müxtəlif dairələr tərəfindən ölkədən çıxarılıb və istintaqdan yayınıb.

 

Həsən Ruhani hökuməti prezidentin qardaşına qarşı irəli sürülən ittihamları əsassız sayır. Hüseyn Fürudinin saxlanmasından sonra o dövr dövlətin sözçüsü olan Məhəmmədbağır Növbəxt bildirmişdi ki, “belə olduğu təqdirdə, bu cür addımlar məhkəmə sisteminin və qanunverici hakimiyyətin rəhbərinə qarşı da tətbiq edilməlidir, çünki prezidentin qardaşına qarşı bu cür addım atan müstəqil məhkəmə sistemi digərlərinə qarşı da oxşar davranmalıdır”.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Azərbaycan sülh müqaviləsinə aid təkliflərimizə cavab verib”- Ararat Mirzoyan

2022-11-28

gun az article

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

2022-11-28

gun az article

Ərdoğan: “Ukraynada axan qanı dayandırmaq üçün çox çalışdıq”

2022-11-28

gun az article

Şuşanın ümumtürk mədəniyyətindəki rolu barədə beynəlxalq konfrans keçirilib

2022-11-28

gun az article

İranda daha bir etnik bəluç edam edilib

2022-11-28

gun az article

Xameneyinin Rusdərdəki nümayəndəliyinin ofisi yandırılıb

2022-11-28

gun az article

İranlı turistlərin Türkiyəyə axını artıb

2022-11-28

gun az article

Almaniya səfiri son bir ayda ikinci dəfə İran XİN-ə çağırılıb

2022-11-28

gun az article

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

2022-11-28

gun az article

Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib-VİDEO

2022-11-28

gun az article

İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb

2022-11-28

gun az article

Naxçıvan MR-in maliyyə naziri həbs edilib, istintaq davam edir

2022-11-28

gun az article

Hulusi Akar: "Pençe Kilit" əməliyyatı başlayandan 480 terrorçu zərərsizləşdirilib”

2022-11-28

gun az article

MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-28

gun az article

Fransa Milli Assambleyasına Azərbaycan QHT-lərindən etiraz Bəyanatı

2022-11-27

gun az article

Azərbaycan Ordusunun mövqeləri dörd istiqamətdə atəşə tutulub

2022-11-27

gun az article

Qırğızıstanın deputatı Qazaxıstanla sərhəddə itkin düşüb

2022-11-27

gun az article

Tanınmış reper Tomac Salehi edam edilə bilər

2022-11-27

gun az article

İsveçdə İranəsilli vətəndaşlar Rusiyaya casusluq etdikləri üçün mühakimə olunur

2022-11-27

gun az article

İran prezidenti etirazçılara qarşı repressiyalarda iştirak edən xüsusi qüvvələri təqdir edib

2022-11-27