SON XƏBƏRLƏR

Həsən Şəriətmədari fars irqçilərinin öydüyü tarixi cinayətkar Kuruşu Twitter səhifəsində tərifləyib

2021.10.20, 07:36
Həsən Şəriətmədari fars irqçilərinin öydüyü tarixi cinayətkar Kuruşu Twitter səhifəsində tərifləyib

Gunaz.tv

GünAz TV: Fars opozisyonunun alətinə çevrilən Həsən Şəriətmədari Əhəmənilər dövlətinin əsasını qoyan, tarixdə cəllad kimi tanınan Kuruş (Kir) haqda Twitter səhifəsində qəribə sözlər paylaşıb.

 

O yaydığı postda Kuruşun təmami ilə fərqli göstərməyə çalışıb.

“Kuruş dini və məzhəbi azadlıqları təmin edən dünyanın ilk federal imperatorluğununun əsasını qoyub. Dünyanın inkişaf etmiş ən böyük federal dövləti yəni Amerika Birləşmiş Ştatları onun ölkə sistemindən ilham alaraq təsis edilib. Aban ayının 7-i (hicri-şəmsi təqvimi ilə) insan hüquqlarının tanınması ilə bağlı onun qiymətli mirasının daha bir nümunəsi kimi mübarək olsun”- deyə o qeyd edib.

 

Həsən Şəriətmədarinin bu hərəkəti azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb. Bir çoxları onu fars opozisyonunun nokəri adlandırıb, bəziləri isə bunu onun tarixi hadisələrlə bağlı cahilliyi ilə əlaqələndirib.

 

Həsən Şəriətmədari, azərbaycanlı müctəhid ayətullah Kazim Şəriətmədarinin oğludur, o hazırda Almaniyada yaşayır.

 

Kuruş Əhəmənilər dövlətinin əsasını qoyub. Fars irqçilərinin öydüyü sərkərdə tarixdə bir çox cinayətlər törədib. O sonda türklərlə müharibədə məğlub olub və Tomris xatun tərəfindən öldürülüb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar