SON XƏBƏRLƏR

“Həsənli Təpə” sənədli filmi GünAz TV-də... – FİLM

2021.10.20, 07:36
“Həsənli Təpə” sənədli filmi GünAz TV-də... – FİLM

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Televiziyası “Həsənli təpə” sənədli filmini yayımlamağa başlayıb.

 

“Həsənli təpə” filmi mədəni irs sahəsi üzrə araşdırmaçı Şəhram Əfşarın uğurlu əsərlərindən biridir.

 

Filmdə türk dünyasının önəmli tarixi əsərlərindən biri kimi, Sulduzun “Həsənli təpə”si barədə məlumat verilib. Tarixi məkanın acınacaqlı vəziyyətdə olması və YUNESKO-da qeydiyyata salınması barədə İran Mədəni İrs Təşkilatı məsullarının verdiyi vədlərin yerinə yetirilməməsi məsələsi də işarə olunan mövzular sırasındadır.

 

Sənədli filmdə Sulduzun Həsənli qızıl kasası, eləcə də Meşginşəhrin (Xiyav) qızıl kasasından bəhs olunub, bu tarixi əsərlərin vəziyyəti və harada saxlandığından söz açılıb.

 

“Həsənli Təpə” sənədli filmi “Varlığımız” toplusunun 9-cu bölümüdür.

 

“Varlığımız” şənbə günləri Təbriz vaxtı ilə saat 18:30-da Güney Azərbaycan televiziyasından yayımlanır.

 

https://www.youtube.com/watch?time_continue=3&v=f8otqrA3IIk

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar