SON XƏBƏRLƏR

“Həştrudda işsizlik səviyyəsi çox yüksəkdir, əhali bu şəhəri tərk edir”

2021.10.20, 07:36
“Həştrudda işsizlik səviyyəsi çox yüksəkdir, əhali bu şəhəri tərk edir”

Gunaz.tv

GünAz TV: “Şərqi Azərbaycan Əyalətində ən yüksək işsizlik səviyyəsi 24.23 faiz olmaqla Həştrudda qeydə alınıb. Statistik məlumata görə, bu şəhər əyalətdə ən çox köçə məruz qalan şəhərdir.”

 

Bu sözləri Həştrud Şəhər İcra Hakimiyyəti başçısı Əmin Əminiyan çərşənbə günü şəhərin idari şurasının keçirdiyi iclasda deyib.

 

“Rəsmi məlumatlara görə, 2011-2016-cı illərdə (hicri-şəmsi təqvimi ilə 1390-1395-ci illər) əhalinin artım səviyyəsi mənfi 1.23 faiz olub. Bu əsasən mühacirətlə bağlı olan məsələdir. Həştrud, Şərqi Azərbaycanda ən çox köçə məruz qalan şəhərdir. Lakin bu şəhərə baxılarsa, onu ağır iqtisadi vəziyyətdən qurtarmaq mümkündür”- deyə o bildirib.

 

Ə.Əminiyan şəhərin potensial iqtisadi mənbələrindən danışarkən əsasən əkinçilik, mədən və turizm sahələrini diqqətə çatdırıb.

 

“Bölgədə mis, qızıl, dəmir və s. kimi qiymətli metallarla zəngin olan 59 mədən kəşf olunub. Əkinçilik üçün isə verimli əkin sahələri və səhənd kimi bəndimiz var. Həştruddakı Bayezid Bəstami qalası, Ağbulaq Mağarası, Zöhhak qalası və s. kimi tarixi məkanlar isə bölgəyə turist cəlb etmək üçün xüsusi şərait yaradır. Bu imkanlardan faydalanaraq bölgədə işsizliyi aradan qaldırmağa çalışılmalıdır”- deyə o vurğulayıb.

 

İcra Hamkimiyyəti başçısı sözlərinin sonunda bütün yatırımçıları Həştrudda sərmayə yatırmağa və səlahiyyətli orqanları bu işdə onlara yardım etməyə çağırıb.

 

Qeyd edək ki, İranda həftədə bir saat işləyən vəya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər siyahısında yer almır. Buna görə də rəsmi olaraq işsiz göstərilənlərin sayı ilə real işsizlərin sayı arasında böyük fərq olur. Azərbaycan şəhərlərində işsizliklə bağlı elan olunan statistik məlumat heç zaman həqiqəti əks etdirmir. İşsizlikdən əziyyət çəkən əhali doğma vətənlərini tərk edərək İranın mərkəzi şəhərlərinə üz tutur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar