SON XƏBƏRLƏR

Həyat yoldaşı Siyamək Mirzayinin ad günü münasibəti ilə İnstaqram səhifəsində belə yazdı

2021.10.20, 07:36
Həyat yoldaşı Siyamək Mirzayinin ad günü münasibəti ilə İnstaqram səhifəsində belə yazdı

Gunaz.tv

GünAz TV: Tehranın Evin Zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin həyat yoldaşı onun ad günü münasibəti ilə instaqram səhifəsində ürək sözlərini paylaşıb.

 

Xanım Vəhidə Kəriminin İnstaqramda yaydığı sözlər bir çoxlarını duyğulandırıb.

 

Aşağıda onun sözlərini olduğu kimi təqdim edirik:

“Bu şarkı məni bu gün anladır:

Bu gün özəl, bu gün gözəl,..

Mevsimlərin yeniliyin ayrı ayrı yaşayırıq, bəlkədə sənin üçün heç mevsim dəyişilmədi.

Bu gündə sənsiz keçəcək ama bu gün özəl gün, bu gün sənin doğum günün, yanında olmağı çox

istərdim...

Nəysə sən Vətən, Azadlıq, sevgi üçün doğuldun.

" SƏN VƏTƏNƏ YARAŞDIN, VƏTƏNSƏ SƏNƏ"”

 

 

S.Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib. O hazırda Evin zindanının 8-ci korpusunda məhbus həyatı yaşayır.

 

S.Mirzayi bundan əvvəl də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin magistratura (yüksək lisans) səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

Ötən günlərdə Siyamək Mirzayi Evin zindanının daha 4 məhbusu (Əbdülfəttah Sultani, Əlirza Təvəkküli, Əlirza Qulipur və Rza Ağacani) ilə birlikdə İranda insan hüquqlarının pozulmasına etiraz olaraq 3 günlük etiraz aksiyası keçirmişdir. Məhbusların simvolik xarakter daşıyan aksiyası Novruz bayramında dayandırılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar