SON XƏBƏRLƏR

Həyat yoldaşını və nənəsini qətlə yetirməkdə günahlandırılan təbrizli həkim qisasa məhkum edilib

2021.10.20, 07:36
Həyat yoldaşını və nənəsini qətlə yetirməkdə günahlandırılan təbrizli həkim qisasa məhkum edilib

Gunaz.tv

GünAzTV: İl yarım əvvəl Təbrizdə həyat yoldaşını və qayınanasını zəhərləyərək qətlə yetirməkdə günahlandırılan gənc həkim Əlirza Sülhi qisasa məhkum edilib.

 

Bu barədə Şərqi Azərbaycan əyalətinin Baş Prokurorluq İdarəsinin rəisi, axund Hikmətəli Müzəffəri martın 15-də jurnalistlərə açıqlama verib.

 

Axund bildirib ki, təbrizli həkimin işinə baxılması prosesi artıq başa çatıb və o, həyat yoldaşını və nənəsini öldürdüyünə görə qisasa məhkum edilib: “Lakin əgər məhkəmənin qərarı ilə bağlı hər hansı bir etiraz olarsa, iş, baxılması üçün Ali Məhkəməyə göndəriləcək”.

 

Xatırladaq ki, 2016-cı il, oktyabrın 11-də, məhərrəm ayının tasua günündə mətbuatda təbrizli bir  həkimin iki ailə üzvünün ehsan yeməyindən zəhərlənərək öldüyü barədə məlumat yayılıb. Şərqi Azərbaycan əyalətinin Ədliyyə İdarəsi şöbəsinin rəisi, o vaxt jurnalistlərə açıqlamasında demişdi ki, şübhəli şəxs qismində saxlanılan həkim, ilkin ifadəsində, bir şəxsin ona verdiyi ehsan yeməyini evlərinə göndərdiyini və yeməyin zəhərli olmasından xəbəri olmadığını iddia edib:  “Lakin aparılan araşdırmalar və istintaqın sonrakı mərhələsi hadisənin qəsdən törədildiyini göstərdi. Belə ki, həkim, evlərinə göndərdiyi yeməyin ehsan payı olmadığını və onu restorandan alıb zəhər qatdıqdan sonra ehsan payı adı ilə xanımına və nənəsinə göndərdiyini etiraf etdi”.

 

Təbrizli həkimin öz həyat yoldaşını və nənəsini zəhərləməsinin səbəbi tam bilinmir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar