SON XƏBƏRLƏR

Həyata bərabər ölüm. Ədəbiyyat Çingiz Aytmatovsuz qaldı

2021.10.20, 07:36
Həyata bərabər ölüm. Ədəbiyyat Çingiz Aytmatovsuz qaldı

Gunaz.tv
Həyata bərabər ölüm Ədəbiyyat Çingiz Aytmatovsuz qaldı Dünya şöhrətli məşhur qırğız yazıçısı Çingiz Aytmatov iyunun 10-da Almaniyanın Nürnberq xəstəxanasında vəfat edib. 80 yaşının tamam olmasına az qalmış yazıçı son vaxtlar ciddi pnevmaniya və böyrək çatışmazlığından əziyyət çəkirdi. 2008-ci il Qırğızıstanda Aytmatov ili elan olunmuşdu. Yazıçı mayın əvvəlində Kazanda "Gün var əsrə bərabər" romanı əsasında çəkilən filmin çəkilişləri zamanı soyuqlamışdı. Sovet ədəbiyyatının klassikinin ölümü haqqında xəbəri respublikanın prezidenti Kurmanbek Bakiyev verib. Ölkə başçısının mətbuat xidmətindən "İnterfaks" agentliyinə bildirilib ki, respublikada yazıçının dövlət səviyyəsində dəfninin təşkili üzrə komissiya yaradılıb. Yazıçıya yaxın mənbənin agentliyə verdiyi məlumata görə, Ç.Aytmatov iyunun 14-də Bişkekdə dəfn olunacaq. Mənbə xatırladıb ki, Bişkekin yaxınlığında, Çon-Taş adlı yerdə yazıçının atası, 1930-cu illərin sonlarında cəzalandırılaraq güllələnən dövlət xadimi Torekul Aytmatov dəfn olunub. Kremlin mətbuat xidmətindən Rusiya prezidenti Dmitri Medvedyevin Ç.Aytmatovun qohumları və yaxınlarına başsağlığı verdiyi bildirilib. Bundan əlavə, baş nazir Vladimir Putin də yazıçının qohumları və yaxınlarına başsağlığı verib. Ç.Aytmatovun vəfatından danışan SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov onun ölümündən kədərləndiyini bildirib. Deyib ki, Ç.Aytmatov bütün rusdilli dünyanın yazıçısı olub. Onu Avropada da yaxşı tanıyırdılar. "Bizim hamımıza yaxın olan bir insan həyatdan getdi" - deyə M.Qorbaçov vurğulayıb. Rus və qırğız dillərində yazan Ç.Aytmatov 1928-ci il dekabrın 12-də anadan olub. Onun əsərləri 1952-ci ildən dünyanın 150 dilində nəşr olunub. 1958-ci ildə çap etdirdiyi "Cəmilə" povesti ona dünya şöhrət qazandırıb. "Dəniz kənarı ilə qaçan alabaş", "Ağ gəmi", "Gün var əsrə bərabər" kimi əsərlər də onun qələmindən çıxıb. Ç.Aytmatovun son əsərlərindən olan "Dağlar aşarkən" ("Əbədi gəlin") romanı 2006-cı ildə Moskvada nəşr olunub. Məhsuldar ədəbi fəaliyyəti ilə yanaşı, Çingiz Aytmatov həm də görkəmli ictimai xadim kimi də fəaliyyət göstərib. O, 1990-94-cü illərdə SSRİ və Rusiyanın Benilüks ölkələrində səfiri işləyib. Sonra Qırğızıstanın Belçikadakı səfiri kimi çalışıb. Lakin 2008-ci ilin martında heç bir səbəb göstərmədən onu səfir vəzifəsindən azad ediblər. Çingiz Aytmatov bir sıra mükafatlara, o cümlədən 1963-cü ildə Lenin mükafatına layiq görülüb, bir sıra yaradıcı təşkilatlara rəhbərlik edib. Azərbaycanın yaxın dostlarından sayılan yazıçı dəfələrlə ölkəmizdə olub. İki ölkə, o cümlədən türkdilli ölkələr arasında mədəni, ədəbi əlaqələrin vacibliyini dilə gətirib. O, Bakıda azərbaycanlıların və digər türk xalqlarının Əməkdaşlıq Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev 2008-ci il fevralın 25-də Çingiz Aytmatovu Azərbaycanın yüksək ordeni olan "Dostluq" ordeni ilə təltif edib. Prezdent, həmçinin qeyd edib ki, Çingiz Aytmatovun Azərbaycanda bu ordenə layiq görülən ilk şəxsdir. Azərbaycan Yazıçılar Birliyi və Atatürk Mərkəzi onun ədəbiyyat üzrə Nobel mükafatına namizədliyini irəli sürmüşdü. Sonradan bu təşəbbüsü türkdilli dövlətlərin mədəniyyət nazirləri də dəstəkləmişdi. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar