SON XƏBƏRLƏR

Heydər Camal:"Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək Rusiya və ABŞ-ın geosiyasi planlarına daxil deyil"

2021.10.20, 07:36
Heydər Camal:"Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək Rusiya və ABŞ-ın geosiyasi planlarına daxil deyil"

Gunaz.tv
Azərbaycan üçün "Troya atı"... Heydər Camal:"Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək Rusiya və ABŞ-ın geosiyasi planlarına daxil deyil" "Dağlıq Qarabağ münaqişəsi ətrafındakı indiki oyunlar birbaşa ABŞ və Rusiya arasındakı "rokirovka" ilə bağlıdır. Vaşinqton Moskvaya başa salır ki, ABŞ-ın Ermənistanda rolunun artması hesabına Rusiyanın Azərbaycanda iştirakının güclənməsinə imkan yarada bilər. Belə rokirovka Bakının mövqelərini kəskin şəkildə zəiflədir, çünki Ermənistanla ABŞ-ın yaxınlaşması Azərbaycanın Dağlıq Qarabağ ümidlərini kədərli edə bilər". Bu sözləri "Day.az"a müsahibəsində Azərbaycan mənşəli məşhur rusiyalı politoloq, Rusiyanın İslam Komitəsinin sədri Heydər Camal bildirib. Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək Rusiya və ABŞ-ın geosiyasi planlarına daxil deyil:"Buna görə də, münaqişənin nizamlanmasının 15-20 il ertələnməsi Dağlıq Qarabağın itirilməsinə bərabərdir". - Münaqişənin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonun azad edilməsi, sülhməramlı kontingentin yeridilməsi, məcburi köçkün və qaçqınların doğma evlərinə qayıtması və DQ-nin statusunun referendum yolu ilə 15-20 ildən sonra təyin edilməsi çərçivəsində həlli sxemi uğurlu sayıla bilərmi? - Məsələnin mahiyyəti bundadır ki, qaçqınlar hara qayıdacaqlar - işğal edilmiş yeddi rayona, yoxsa Dağlıq Qarabağa? Hesab edirəm ki, söhbət qaçqınların Dağlıq Qarabağ ətrafındakı rayonlara qayıtmasından gedir, Qarabağ isə mötərizə arasında qalır. Əgər azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasından söhbət getmirsə, hansı referendumdan danışmaq olar? Əgər qaçqınlar DQ-yə qayıtsalar, onda azərbaycanlıların sayı orada çox olacaq, belə ki, Ermənistanın hərbi hissələrindən və Rusiyanın xüsusi bölmələrindən savayı, erməni əhalisinin böyük hissəsi oranı tərk edib. Bununla isə Ermənistan razılaşmayacaq. Odur ki, fikrimcə, söhbət qaçqınların işğal edilmiş yeddi rayona qayıtmasından gedir. - Sülhməramlı kontingentin yerləşdirilməsi faktını qəbul edərsək, bu, Azərbaycanın avtomatik olaraq Dağlıq Qarabağı hərbi yolla qaytarmaq imkanlarını itirməsi olmayacaqmı? - Sülhməramlı kontingentin yerləşdirilməsi Azərbaycanın əl-qolunu bağlamaq və münaqişənin hərbi yolla həllini ortadan qaldırmaq deməkdir. Sülhməramlıların yeridilməsi - xarici qüvvələrin Azərbaycan ərazisinə girməsi deməkdir və bu, Cənubi Qafqazı atəş meydançasına çevirmək istəyən Qərb və ABŞ-ın planlarına uyğundur. Cənubi Qafqaz ABŞ-a İranı həlqəyə almaq üçün olduqca vacibdir. Türkiyədə hakimiyyətin legitimliyi ilə bağlı baş verən son hadisələr də məhz bununla bağlıdır. Türkiyə müstəqil siyasət yürüdür və bu, amerikanların maraqlarına cavab vermir. Anoloji siyasəti Azərbaycan da yürüdür. Gürcüstan bütünlüklə ABŞ-ın əlindədir. Hazırda gündəlikdə Bakıya nəzarət məsələsi sərt şəkildə durur. Sülhməramlıların yerləşdirilməsi Azərbaycan üçün Troya atı olacaq. Bu gün Balkanlar praktiki olaraq NATO qüvvələri tərəfindən işğal edilib. İndi ABŞ Cənubi Qafqazı, o cümlədən Azərbaycanı ələ keçirmək istəyir. - Sizcə, necə etmək olar ki, münaqişənin Azərbaycanın milli maraqlarına uyğun gəlməyən şəkildə həllinə imkan verilməsin? - İlk növbədə, Azərbaycanın Qarabağ məsələsini öz xeyrinə həll etməsi üçün yetərincə resurslar əldə etməsinədək status-kvonu saxlamaq zəruridir. Ymumi qlobal böhranı gözləmək lazımdır, o zaman Qarabağ münaqişəsi birincidərəcəli məsələ olmayacaq. Hazırda bu, yeganə çıxış yoludur, belə ki, hər hansı dəyişiklik Dağlıq Qarabağ separatçılarının legitimliyinə aparacaq. - Bəs Moskvanın Azərbaycanda hansı maraqları var? - ABŞ Cənubi Qafqaza tam nəzarət etmək istəyir. Bu gün geosiyasi formatlar və müasir tarixi inkişaf amerikanlardan Vaşinqtonun dünyadakı təkqütblü mövqeyini təmin etmək üçün maksimum səylər tələb edir. Rusiya artıq ABŞ-ı tərəfdaş kimi maraqlandırmır. Çətin ki, Vaşinqton və Kreml arasında Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı qarşılıqlı anlaşma mümkün olsun. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar