SON XƏBƏRLƏR

“Heydər xan Əmioğlu” kitabı təqdim olunub – Təbrizdə

2021.10.20, 07:36
“Heydər xan Əmioğlu” kitabı təqdim olunub – Təbrizdə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində Rza Həmrazın əsəri olan “Heydər xan Əmioğlu” kitabı “Evdə al” əsərinin təqdimat mərasiminin 3-cü yığıncağında təqdim olunub.

 

Məşrutə İnqilabının ildönümü münasibəti ilə keçirilən mərasim cümə axşamı günü Təbrizin “El Bilimi” müəssisəsində baş tutub.

 

Mərasimin başlanğıcında tədbirin aparıcısı Əhəd Fərəhməndi Herdər xan Əmioğlunun Tərcümeyi-halı və kitabın müəllifi Rza Həmraz qələmə aldığı əsər barədə məlumat veriblər.

 

Mərasimdə bir neçə çıxışçı Heydər xan Əmioğlunun böyük şəxsiyyəti və Məşrutə inqilabında oynadığı roldan danışıb. Məhəmməd Həsən Pedram, Heydər xan Əmioğlunun Səttarxanın yaralandığı, sonra isə şəhid olmasına səbəb olan Ətabək Parkı faciəsində olduğuna dair fikirləri tutarlı dəlillərlə rədd edib.

 

Yaşar NahidiAzər isə Heydər xan Əmioğlunun böyük mütəfəkkir olduğunu bildirərək qeyd edib ki, o İranda kommunist partiyasının birinci qurucusu olsa da vətənpərvərlik hissi daha güclü olub. Onun hətta bir çox məsələlərdə ruslarla ixtilafı da olub.

 

Heydər xan Əmioğlunun xatirələrini toplayan məşhur kolleksioner Nasirəddin Həsənzadə isə tarixi şəxsiyyətin əlyazmasını təqdim edərək onun çox böyük ziyalı olduğunu, bir neçə dildə sərbəst danışdığını qeyd edib.

 

Mərasimin sonunda “Evdə al” saytının nümayəndəsi kimi Nəvid Məhəmmədi çıxış edib. O Məşrutə inqilabının tanınmış simalarından olan Heydər xan Əmioğlu kimi milli qəhrəmanların diqqətdən kənarda qalmasından təəssüflənərək vurğulayıb ki, bu kimi şəxsiyyətlər öz dövrlərində azadlıq və ədalət tələb etməkdə nümunə olublar. Şübhəsiz ki, bu insani prinsiplər çox vacibdir, onlar heç bir əsrdə öz əhəmiyyətini itirməyəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar