SON XƏBƏRLƏR

“Heyran gədiyi”ni Gilan Əyalətinin tərkib hissəsi kimi təqdim olundu / Azərbaycanlı fəallar “Heyran gədiyi”nə qarşı yönələn plana etiraz bildirib

2021.10.20, 07:36
“Heyran gədiyi”ni Gilan Əyalətinin tərkib hissəsi kimi təqdim olundu / Azərbaycanlı fəallar “Heyran gədiyi”nə qarşı yönələn plana etiraz bildirib

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi” ərazisinin Azərbaycandan qoparıb Gilan Əyalətinə birləşdirməklə bağlı cəhdlər və ona olan etirazlar səngimək bilmir.

 

Son məlumata görə, Astaranın yerli olmayan Şəhər İcra Hakimiyyəti başçısı “Heyran gədiyi”ndən danışarkən böyük təhrifə yol verib. Bundan əvvəl də oxşar açıqlamalar verən Yunis Rənckeş növbəti dəfə “Heyran gədiyi”ni Gilan Əyalətinin ərazisi kimi təqdim edib.

 

O bildirib ki, Gilan Əyalətində ən çox hadisələrin baş verdiyi məntəqələrindən biri Heyran məntəqəsidir. Bu barədə “Təsnim” xəbər agentliyi məlumat yayıb.

 

Bu arada ərdəbilli gənclər “Heyran gədiyi”nin adı və tarixinin sistemli şəkildə təhrif edilməsinə etiraz bildiriblər. Onlar bu məqsədlə noyabrın 27-i axşam saatlarında Ərdəbil Mədəniyyət Müctəməsinin qarşısında plakat qaldıraraq sözügedən ərazini Ərdəbil Əyalətindən qoparmaqla bağlı cəhdləri qınayıblar. Plakatda İran televiziyasının “Qalib ol” proqramı və verilişin aparıcısı Məhəmmədrza Qolzarın görüntüsü əks olunub.

 

 

 

Soydaşlarımız bu şəkildə İranın 3-cü telekanalının ötən günlərdə “Heyran gədiyi”nin yerləşdiyi əyalətlə bağlı yol verdiyi təhrifə etiraz bildiriblər. “Qalib ol” adı ilə keçirilən bir televiziya yarışmasında “Heyran gədiyi”nin Ərdəbil Əyalətinə aid olmadığı dolayı yolla göstərilib. Belə ki, aparıcılar test sualı kimi yarış iştirakçılarından ““Heyran gədiyi” İranın hansı əyalətində yerləşir?” deyə soruşublar. 4 seçimli sualın cavabında Gilan, Şərqi Azərbaycan, Kirmanşah və Həmədan qeyd olunub. Cavabda Ərdəbil Əyaləti seçiminə yer verilməyib və bununla da duzgün cavab Gilan Əyalətindən ibarət olub.

 

İran televiziyasının Azərbaycana qarşı yol verdiyi təhrif güneyli sosial şəbəkə istifadəçilərinin kəskin etirazına səbəb olub, etirazlar hələ də davam edir.

 

Müxtəlif rəsmi orqanların “Heyran gədiyi”ni Gilan Əyalətinin ərazisi kimi göstərməsi rejimin gizli göstərişi ilə baş verir. Bütün azərbaycanlılar, xüsusi ilə də Ərdəbil əhalisi sistemli şəkildə həyata keçirilən plana qarşı dəfələrlə öz etirazlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar