SON XƏBƏRLƏR

“Heyran gədiyi”nin Ərdəbildən ayırıb Gilana birləşdirilməsi uğrunda cəhdlər geniş etirazlara səbəb olub – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
“Heyran gədiyi”nin Ərdəbildən ayırıb Gilana birləşdirilməsi uğrunda cəhdlər geniş etirazlara səbəb olub – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın  Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin bu əyalətdən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi planı ilə bağlı cəhdlər davam edir.

 

Məlumata görə, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan Əyaləti rəhbərliyi tərəfindən quraşdırılan lövhələr “Heyran gədiyi”ni Gilan Əyalətinin ərazisi kimi göstərir.

 

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb. Məlumata görə, artıq əksər lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib. Etirazçı gənclər “Azərbaycana xoş gəlibsiniz” cümləsini əks etdirmək üçün lövhələrdəki “Gilan Əyaləti” sözünün üzərinə Azərbayhcan bayrağı yapışdırıblar.

 

https://www.youtube.com/watch?time_continue=16&v=LrYWXpiOijc

 

 

Gilan rəhbərliyinin Ərdəbil Əyalətinə etdiyi ərazi iddiası başda İnstaqram olmaqla əksər sosial şəbəkələrdə müazkirə mövzusuna çevrilib. İnternet istifadəçiləri “Heyran gədiyi” və orada quraşdırılan lövhələrin görüntülərini paylaşaraq bölgə tarixinin saxtalaşdırılmasına kəskin etiraz bildiriblər.

 

 

Bu arada Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Nurəddin Pirmüəzzin İnstaqram səhifəsində paylaşdığı məlumatda “Heyran gədiyi” qalmaqalı ilə bağlı əyalət rəhbərliyi və azərbaycanlı millət vəkillərini günahlandırıb.

 

 

O Azərbaycana edilən ərazi iddiasını kəskin şəkildə məhkum edərək bildirib ki, Güney Azərbaycanın əsas problemi yerli olmayan məsullara vəzifə verilməsi, həmçinin əli və dili bağlı millət vəkillərinin parlamentə göndərilməsidir.

 

“Millət vəkilləri əhalinin deyil, onlar hökumətin nümayəndələridir. Ona görə də belə hadisələr baş verir və Azərbaycan Əhalisinin fəryadı eşidilmir. Əslində bu o deməkdir ki, parlamentdə Azərbaycana yer yoxdur”- deyə o qeyd edib.

 

Azərbaycan türk milləti ilə Tehran hakimiyyəti arasında böyük uçurum olduğunu qeyd edən keçmiş millət vəkili sözlərinin sonunda belə yazıb: ““Dünən Urmu gölü, bu gün isə “Heyran gədiyi”...”

 

Qeyd edək ki, Novruz bayramı günlərində “Heyran gədiyi”ndə olub-bitənlərə bu günə qədər azərbaycanlı millət vəkilləri heç bir münasibət bildirməyib. Onların bu hərəkəti soydaşlarımız tərəfindən etirazla qarşılanır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar