SON XƏBƏRLƏR

“Heyran gədiyi”nin Ərdəbildən qoparılmasına qarşı xəbərdarlıq banneri asıldı / Tanınmış müğənni baş verənləri qınadı – VİDEO

2021.10.20, 07:36
“Heyran gədiyi”nin Ərdəbildən qoparılmasına qarşı xəbərdarlıq banneri asıldı / Tanınmış müğənni baş verənləri qınadı – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilana ilhaq edilməsi ilə bağlı cəhdlərə qarşı etirazlar genişlənib.

 

Ərdəbilli milli-mədəni fəallar aprelin 2-də üzərində tutarlı cümlələr yazılmış banner nümayiş etdirərək Azərbaycan ərazisinə göz tikənlərə xəbərdarlıq edib, doğma diyarın ərazi bütövlüyünün təmin olunacağını vurğulayıblar.

 

Ərdəbildə körpüdən asılan bannerin üzərində “Biz tarixi torpaqlarımızı tanıyırıq və onu əldə etməyimizə yezdə yüz inanırıq” və fars dilində “Azərbaycanın bügünkü nəsli tarixi ərazisi və sərhədlərini tanıyır, onu yüzdə yüz bərpa edə edəcək” cümlələri yazılıb.

 

 

“Heyran gədiyi” ətrafında baş verən hadisələr tanınmış azərbaycanlı müğənni Əli Pormehrin də diqqətini çəkib. O aprelin 3-də İnstaqram səhifəsində yaydığı məlumatda Azərbaycana edilən ərazi iddialarını kəskin şəkildə pisləyib.

 

 

“Mən bir azərbaycanlı kimi ölkəmizin ərazi bütövlüyünə böyük hörmət bəsləyərək elan edirəm ki, “Heyran” Azərbaycan türklərinin torpağıdır. Bu belə olub, var və belə də olacaq. Məsullardan, bəzilərinin nifaq yaradan qərarları ilə bağlı diqqət olmalarını xahiş edirik”- deyə o qeyd edib.

 

Müğənni sərgilədiyi mövqe ilə əlaqədar məşhur “Salam yetir can çağıran canlara – Gərdənə Heyrandakı ceyranlara...” mahnısını da paylaşıb.

 

https://www.youtube.com/watch?time_continue=10&v=wiihqbSAbdE

 

Adını çəkdiyimiz müğənninin soyadı doğulduğu Muğan məntəqəsində yerləşən “Pəlməyər” kəndinin adından götürülüb. Bu kəndin adı farslaşdırma siyasətinin tətbiq edilməsi nəticəsində “Pormehr” sözü ilə dəyişdirilib.

 

Bundan öncə məşhur idman reportyoru Muctaba Sai də “Heyran gədiyi”ndə baş verən hadisələri kəskin şəkildə pisləmişdir.

 

Azərbaycanlı millət vəkillərindən isə bu günə qədər təkcə Urmiyənin millət vəkili Nadir Qazipur Gilan rəhbərliyinə cavab verərək “Heyran gədiyi” və Astaranın Azərbaycan ərazisi olduğunu açıqlamışdır. Soydaşlarımız digər deputatlar, xüsusi ilə də Ərdəbilin millət vəkillərindən eyni mövqeyi sərgiləməyi gözləyir və tələb edir.

 

Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib. Etirazçı gənclər “Azərbaycana xoş gəlibsiniz” cümləsini əks etdirmək üçün lövhələrdəki “Gilan Əyaləti” sözünün üzərinə Azərbaycan bayrağı yapışdırıblar.

Gilan rəhbərliyi tərəfindən quraşdırılan bəzi lövhələrin üzrində artıq “Yaşasın Azərbaycan”, “Yaşasın Ərdəbil”, “Heyran canımdır, Torpaqdan pay olmaz”, “Heyran Ərdəbilindir” və s. kimi şüarlar görünməkdədir.

 

Sözügedən mövzu İnstaqram və Twitter kimi sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Onlar  kimi hashtag-lardan istifadə edərək Astara məntəqəsinin yenidən Ərdəbil Əyalətinə birləşdirilməsi və “Heyran gədiyi”nin Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlərin dayandırılmasını tələb edirlər.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar