SON XƏBƏRLƏR

“Heyran gədiyi” tunelinin girişində banner asılılıb / Azərbaycanlı fəal “Heyran gədiyi”ndə şeir oxuyub – VİDEO

2021.10.20, 07:36
“Heyran gədiyi” tunelinin girişində banner asılılıb / Azərbaycanlı fəal “Heyran gədiyi”ndə şeir oxuyub – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilana ilhaq edilməsi ilə bağlı cəhdlərə qarşı etirazlar durmadan genişlənir.

 

Məlumata görə, azərbaycanlı milli-mədəni fəallar baş verən son hadisələrlə bağlı “Heyran gədiyi” tunelinin girişində banner asıblar.

 

Aprelin 4-də asılan bannerin üzərinə ərəb əlifbası ilə  “Azərbaycan torpağı Heyrandan deyil, Ənzəlinin otərəfindən başlayır” cümləsi yazılıb.

 

 

Ərdəbilli milli-mədəni fəallar isə aprelin 2-də oxşar  banner nümayiş etdirərək Azərbaycan ərazisinə göz tikənlərə xəbərdarlıq edib, doğma diyarın ərazi bütövlüyünün təmin olunacağını vurğulamışdır.

 

Ərdəbildə körpüdən asılan bannerin üzərində “Biz tarixi torpaqlarımızı tanıyırıq və onu əldə etməyimizə yezdə yüz inanırıq” və fars dilində “Azərbaycanın bügünkü nəsli tarixi ərazisi və sərhədlərini tanıyır, onu yüzdə yüz bərpa edə edəcək” cümlələri yazılmışdır.

 

Bu arada Əfşar Mohebb adlı azərbaycanlı milli-mədəni fəal “Heyran gədiyi”nə gedərək orada sözügedən ərazinin Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlər və bununla bağlı baş verən hadisələrə şeir oxuyaraq münasibət bildirib.

 

https://www.youtube.com/watch?v=UnkAN0C6iYU

 

 

O hadisələrə laqeyd yanaşan yerli azərbaycanlı məsullara olan etirazını da şeirlə dilə gətirib.

 

https://www.youtube.com/watch?time_continue=1&v=ybzOWEqtQ20

 

 

Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib. Bundan sonra azərbaycanlılar, xüsusi ilə də gənclər hərəkətə keçərək lövhələri qaldırıb vəya oxunmaz hala salıblar. Azərbaycana edilən ərazi iddisına qarşı etirazlar virtual aləmdə də genişlənməkdədir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar