SON XƏBƏRLƏR

Hikmət Hacıyev: Azərbaycanda koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

2021.10.20, 07:36
Hikmət Hacıyev: Azərbaycanda koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

Gunaz.tv

GünAz TV: Azərbaycanda görülən tədbirlər nəticəsində koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.

 

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

H.Hacıyev bildirib ki, koronavirusa yoluxmanın azalması sevindiricidr, ancaq qabaqlayıcı tədbirlər bundan sonra da davam etdirilməlidir.

 

Prezidentin köməkçisi vurğulayıb ki, karantin rejiminin uzadılması ilə əlaqədar lazımi tədbirlər görüləcək.

 

"Digər ölkələrdə də karantin rejiminin uzadılması ilə bağlı tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, karantin rejimi ilə bağlı qərarda tələsmək olmaz". Trend

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar