SON XƏBƏRLƏR

Hindistan Azərbaycanın sorğusunu cavablandırdı

2021.10.20, 07:36
Hindistan Azərbaycanın sorğusunu cavablandırdı

Gunaz.tv
Hindistan Azərbaycanın sorğusunu cavablandırdı BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamənin əleyhinə çıxan Hindistan bunun səbəbləri ilə bağlı Azərbaycan tərəfinin sorğusuna cavab verib. Bunu APA-ya açıqlamasında Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev deyib. Amma o, Hindistan tərəfinin cavabının nədən ibarət olduğunu söyləməyib. Səfir bu yaxınlarda Hindistan xarici işlər nazirinin müavininin Azərbaycana səfərə gələcəyini bildirib. T. Qarayev bu il Bakıda Hindistan hökumətinin nümayəndələrinin iştirakı ilə hökumətlərarası komissiyanın ilk iclasının keçiriləcəyini də əlavə edib. adalet ----------------------------------------------------------------------- Körpülər selə davam gətirmədi Gilgilçay körpüsü uçdu: iki maşın çaya düşdü, bir nəfər öldü Vəlvələçay körpüsü aşdı, kəndləri su basdı İyulun 8-dən başlayan güclü leysan yağışları Azərbaycanın Şimal bölgəsindəki Qudyalçay, Qaraçay, Alpançayı məcrasından çıxarıb. Daşqın çayların kənarında yerləşən kəndlərə ciddi ziyan vurub. APA-nın şimal bürosunun məlumatına görə, rayonun Xaspoladoba, Hacıqurbanoba, Cığatay, Mürşüdoba, Qarğalıq kəndlərində təxminən 150 evə ziyan dəyib. Yüz hektarlarla taxıl və tərəvəz sahəsi yararsız hala düşüb. Xaçmaz rayon icra hakimiyyəti və yerli bələdiyyələr hazırda dəymiş ziyanı hesablayırlar. Aramsız leysan yağışları nəticəsində əmələ gələn sel Siyəzən rayonu ərazisindəki Gilgilçay körpüsünün dirəklərini laxladıb. Bunun nəticəsində "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətinin mühəndisi Gilani Əsgərov və qurumun daha iki əməkdaşı dünən "Shevrolet" və "Niva" markalı avtomobillərlə həmin körpüdən keçərkən körpü uçub. Maşınlar suya düşüb, nəticədə G.Əsgərov hadisə yerində ölüb, digər iki nəfər Siyəzən Rayon Xəstəxanasına çatdırılıb. Qubada isə Vəlvələçay körpüsü aşıb, bəzi kəndlərdə evləri su basıb. Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qərargahının əməkdaşları təbii fəlakət zonasına göndəriliblər. Dünən gecə Azərbaycanın şimal-qərb bölgəsinə yağan leysan yağışları isə İsmayıllı rayonuna ciddi ziyan vurub. İsmayıllı RİH başçısının müavini Rafael Əhmədovun məlumatına görə, yağışlar nəticəsində Lahıc kəndi ərazisində Girdiman çayı üzərində olan 220 metr uzunluğundakı beton bənd yararsız hala düşüb. Kəndin əkin sahələrini sel suları yuyub aparıb, magistral və rayon daxili yollar dağılıb, ucqar kəndlərə gediş-gəliş məhdudlaşıb. R.Əhmədov rayona dəymiş ümumi ziyanın bir milyon manata çatdığını bildirib. Hazırda rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır. Güclü leysan yağışları Şamaxıda da təbii fəlakətə səbəb olub. Şamaxı RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Ağamustafa Vahidovun verdiyi məlumata görə, rayon ərazisində çayların səviyyəsinin qalxması nəticəsində bütün kəndləri su basıb, yüzlərlə evin zirzəmisi su altında qalıb. Rayon ərazisində bütün magistral və rayondaxili yollar tamamilə yararsız vəziyyətə düşüb. Sel suları çaylar üzərində bütün körpüləri yuyub aparıb. Şamaxı rayon icra hakimiyyəti başçısının göstərişi ilə xüsusi komissiya yaradılıb, komissiya təbii fəlakət nəticəsində rayona dəyən ziyanı müəyyənləşdirir. A.Vahidov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rayon rəhbərliyi ilə mütəmadi əlaqə saxladığını, vəziyyəti müzakirə etdiyini deyib. Fövqəladə hallar nazirinin tapşırığı ilə nazirliyin 4 yüksək vəzifəli şəxsi Şamaxıya ezam olunub. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş davam edir. "Son günlər ölkədə havaların qeyri-sabit keçməsi, fasiləsiz yağan leysan yağışlar dağlıq və dağətəyi rayonların ərazisindən keçən çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə bəzi rayonlarda sosial-ictimai obyektlərə, fərdi yaşayış binalarına, çayların üzərindəki körpülərə və müxtəlif təyinatlı yollara müxtəlif dərəcələrdə ziyan dəyib", -bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqə idarəsinin mətbuat xidməti şöbəsindən daxil olan məlumatda bildirilib. Məlumata görə, Gəncə, Göygöl, Daşkəsən, Şamaxı, Xaçmaz, Oğuz, Quba, Siyəzən, Hacıqabul rayonlarının bir sıra kəndlərində bəzi evlərin zirzəmi və həyətyanı sahələrinə su dolub. Nazirliyin məlumatında bildirilib ki, Şamaxı şəhərində ötən gecə ərzində 20-yə yaxın evin zirzəmisinə və həyətyanı sahələrinə su dolub, Bakı-Şamaxı avtomobil magistralında gecə hərəkət tədricən məhdudlaşaraq tıxaclar yaranıb və 2 avtomobili sel aparıb. Bakı-Şamaxı avtomobil magistralının və Şamaxı şəhəri daxilində asfalt örtüklərinin bəzi hissələrində yol yuyulub. Sel sularının apardığı bir nəfər xilas edilib. Prezident İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonalarına Fövqəladə Hallar Nazirliyinin müxtəlif strukturlarının xeyli sayda xilasediciləri, texnika və canlı qüvvəsi cəlb edilib. Ymumilikdə Quba, Xaçmaz, Siyəzən, Şamaxı rayonlarında xilasetmə əməliyyatlarına 300 nəfər şəxsi heyət cəlb edilib. Pirsaat çayının daşması nəticəsində Hacıqabul rayonunun "Udulu 1" kəndində boğulma təhlükəsi ilə üzləşən 18-19 yaşlarında Şəhriyar və Taleh Əliyevlər Fövqəladə Hallar Nazirliyinin vertolyotu vasitəsilə xilas edilib. Siyəzən rayonunda isə 1982-cı il təvəllüdlü Gökhal Tatoğlu, 1971-ci il təvəllüdlü Ymid Hakim, 1975-ci il təvəllüdlü Maşallah Akbaba, 1960-cı il təvəllüdlü Vəliyev Camal Osmanoğlu da FHN-nin vertolyotu ilə xilas edilib. Dünən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov prezident İlham Əliyevin tapşırığı ilə Xaçmaz və Quba rayonlarında hadisə yerlərində olub, əraziyə baxış keçirib. Nazir vəziyyət barədə mütəmadi olaraq dövlət başçısı İlham Əliyevə məlumatlar verir. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar