SON XƏBƏRLƏR

Hindistan dəniz qüvvələri Qucarat əyalətinə 100 kiloqram heroin daşıyan 9 İran vətəndaşını saxlayıb

2021.10.20, 07:36
Hindistan dəniz qüvvələri Qucarat əyalətinə 100 kiloqram heroin daşıyan 9 İran vətəndaşını saxlayıb

Gunaz.tv

GünazTV: Hindistanın sahil qvardiyası qüvvələri bu ölkənin Qucarat əyalətinə 100 kiloqram heroin daşıyan 9 İran vətəndaşını tutub. Bu barədə Hindistanın hökumət rəsmiləri martın 27-də jurnalistlərə açıqlama verib.

 

Hindistanın terrorizmə qarşı mübarizə polisinin bildirdiyinə görə, bu ölkənin sahil qüvvələri Pakistanın Qvadar limanından yola düşən və Hindistanın Qucarat əyalətinə doğru istiqamət götürən İran vətəndaşlarının idarə etdiyi qayıqda narkotik maddə daşındığı barədə xəbər alan kimi hərəkətə keçiblər.

 

Bildirilir ki, Hindistanın sahil qüvvələrinin bir neçə xəbərdarlığına məhəl qoymayan iranlılar əvvəlcə qaçmağa cəhd etsələr də, bunun mümkünsüz olduğunu görəndə, öz cinayətlərinin izini itirmək üçün qayığa od vurublar. Lakin Hindistan qüvvələri qayıq suda batmazdan əvvəl göyərtəsində olan 100 kiloqram heroini müsadirə edərək, İran rejiminə (“Sepah”a) bağlı olduğu təxmin edilən 9 İran vətəndaşını tutublar.

 

Hindistan rəsmilərinin bildirdiyinə görə, İran vətəndaşlarından müsadirə edilən 100 kiloqram heroinin ümumi dəyəri 72 milyon ABŞ dollarıdır. Narkotik maddə ilə bərabər qayıqda həm də 24 min litr yanacaq və qaz kapsülü olduğunu bildirən  Hindistan polisi saxlanılan iranlı qaçaqmalçıların adlarını açıqlamayıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar