SON XƏBƏRLƏR

Hindistanın nəhəng “Reliance” şirkəti İrandan neft idxalını dayandırıb

2021.10.20, 07:36
Hindistanın nəhəng “Reliance” şirkəti İrandan neft idxalını dayandırıb

Gunaz.tv

GünAzTV: Hindistanın ən böyük neftayırma komplekslərindən olan “Reliance” şirkəti İrandan neft idxalını dayandırıb. Bu barədə “Reliance” şirkətinin rəsmiləri oktyabrın 18-də bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Hindistan şirkətinin İran neftindən imtina etməsi, Amerikanın İran neftinin satışına qoymağa hazırlaşdığı sanksiyalarla əlaqədardır və bu şirkət bundan sonra neftə olan ehtiyacını regionun neft istehsal edən digər bir neçə ölkəsindən təmin etmək qərarına gəlib. Hind şirkətinin neft müqavilələri bağlayacağı ölkələrin adları açıqlanmayıb.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar