SON XƏBƏRLƏR

Hizbullah döyüşçülərinin 14 faizi birbaşa İranın məqsədləri üçün ölüb

2021.10.20, 07:36
Hizbullah döyüşçülərinin 14 faizi birbaşa İranın məqsədləri üçün ölüb

Gunaz.tv

GünAz TV: İsrail Kəşfiyyat Mərkəzi Suriyada olan Hizbullah döyüşçülərinin xəritədə öldürüldüyü yerlər üzrə araşdırma apararaq onların hansı tərəfin məqsədləri üçün öldüklərini müəyyən ediblər.

Araşdırmalar göstərib ki, Suriyada ölən Hizbullah döyüşçülərinin 43%-i Livanın Suriyadakı maraqlarından kənar döyüşlərdə ölüblər. Bu günə qədər Suriyada ölən 1250 Hizbullah döyüşçüsünün isə 14%-i tamamilə İranın məqsədləri üçün olan döyüşlərdə iştirakda ölüblər.

Hesabatda həmçinin deyilir ki, Suriyada ölən Hizbullah döyüşçülərinin 46%-i ümumi cihadçılarla döyüşlərdə, yalnız qalan 11%-i Məhəmməd peyğəmbərin nəvəsi Zeynəbin hərəməni qorumaq uğrunda həlak olublar.

 

R.X

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar