SON XƏBƏRLƏR

Hizbullahın agentlərindən biri Uqandada həbs edilib

2021.10.20, 07:36
Hizbullahın agentlərindən biri Uqandada həbs edilib

Gunaz.tv

GünAz TV: Uqanda mətbuatı İranın maliyyələşdirdiyi Hizbullah terror təşkilatının mühüm agentlərindən birinin həbs edildiyi barədə məlumat yayıb.

 

Xəbərlərdə qeyd edilir ki, Hüseyn Mahmud Yasin adlı bu şəxs Livana getmək istəyərkən, Kampala hava limanında Mossad və Uqanda təhlükəsizlik qüvvələrinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

 

Hüseyn Mahmud Yasin İsrailin xüsusi xidmət orqanı olan Mossad və Uqanda təhlükəsizlik qüvvələri tərəfindən aylarla izlənilib. Yasinin bütün fəaliyyətləri nəzarət altına alındıqdan sonra məlum olub ki, o, Hizbullahın məxfi fəaliyyət göstərən üzvlərindəndir. Nəticədə iyulun 7-də keçirilən anti-terror əməliyyatı nəticəsində saxlanılıb.

 

Məlumatlara görə, Yasin Əbu Mücahid ləqəbiylə tanınan Əli Vahab Hüseyn adlı Hizbullah terroristi tərəfindən təşkilatla əməkdaşlığa cəlb edilib.

 

Hüseyn Mahmud Yasin 2010-cu ildən Uqandada məskunlaşıbmış. Ona terror hücumları həyata keçirmək üçün Uqandada yerləşən İsrail və Amerikaya məxsus diplomatik korpusları və şəxsləri müəyyənləşdirmək işi tapşılıbmış.

 

Eləcə də, o, Uqandada yaşayan Livanlıları Hizbullaha qoşulmağa cəlb etmək və bu ölkədə yaşayan müsəlmanlardan təşkilatın informasiya mənbəyi kimi istifadə etmək üçün əməli işlər görüb. Hizbullah agentinin əməkdaşlığa cəlb etməyə çalışdığı əsas şəxslər tez-tez Amerika, Avropa və Səudiyyə Ərəbistanına səfər edən insanlar olub.

 

O, Uqandada yaşayan və Hizbullaha qoşulmaq üçün lazım olan şərtləri özlərində ehtiva edən 100-dən çox insanın şəxsiyyətini müəyyənləşdirə bilib. Yerli telekommunikasiya şirkətlərindən birində işləyən bu şəxslərin də Yasinin vasitəsilə Hizbullahla hansı əlaqələr qurduqları barədə təhqiqatlar aparılır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar