SON XƏBƏRLƏR

Məhkəmə sədri Xarvana əhalisini təhqir etdi-VİDEO

2022.06.24, 06:57
Məhkəmə sədri Xarvana əhalisini təhqir etdi-VİDEO

Gunaz.tv

Əyalət məsulları bölgədə yoxsulluq və işsizlik ucbatından mədənlər ətrafında tullantıları yığan gəncləri kamera qarşısında təhqir edib və onları qarətçi adlandırıblar.

"Mən ali təhsilliyəm. Uç dəfə mədəndə işlə bağlı müraciət edib və forma doldurmağıma baxmayaraq işə qəbul olunmamışam"-deyə, bölgədə yaşayan gənclərdən biri bildirib.

Xarvananın məhkəmə sədri Rza Səmi valinin iradlarına cavab verərək mədəndə bütün azərbaycanlıların payının olduğunu deyən gənclərə qəzəblənib. O, gəncləri hədələyib.

Rza Səmi məmurlara və təhlükəsizlik əməkdaşlarına mədən ətrafında gördükləri şəxslərin həbs edilməsini və barələrində cinayət işinin açılması üçün məhkəmə orqanlarına göndərilmələrini tapışırıb.

Qeyd edək ki, Vərziğan və Xarvana bölgəsində mövcud olan “Əndiryan” qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib.

Bundan öncə də hökumətə bağlı olan media qurumları və bir sıra rəsmilər qızıl mədəni ətrafında işləyən yoxsul əhalini təhqir edib, onları “qaçaqmalçı” adlandırıblar.

Şərqi Azərbaycanda yerləşən Əndəryan qızıl mədəninin ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilir.

Əndəryan Kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır.

Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır. 

Əndəryan mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar.

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur.

Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı suları da çirkləndirir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar