SON XƏBƏRLƏR

Təhlükəsizlik məmurları urmulu fəalın iş yerinə basqın edib

2021.11.19, 09:09
Təhlükəsizlik məmurları urmulu fəalın iş yerinə basqın edib

Gunaz.tv

Axtarış barədə məhkəmə qərarı təqdim etməyən məmurlar fəala qarşı zor tətbiq edib. Milli fəalı döyən, ağır ifadələrlə aşağılayan məmurlar ona məxsus bilgisayarı heç bir əsas göstərmədən özləri ilə aparıblar.

Şəxsi bilgisayarının aparılması milli-mədəni fəala qarşı qondarma cinayət işinin açılması üçün sənəd toplamaq cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, Əşkan Səadətmehr bundan öncə də milli fəaliyyətinə görə basqılarla üzləşib və həbs olunub.

O, cari ilin 24 iyul tarixində, Güney Azərbaycan şəhərlərində Xuzistan ərəblərinə dəstək aksiyası zamanı başqa urmulu fəal Əkbər Quluzadə ilə birlikdə saxlanılıb.

Sonuncu həbs zamanı milli fəal təhlükəsizlik məmurları tərəfindən şiddətli şəkildə döyüldüyü üçün ağır bədən xəsarətləri alıb.

Üstündən bir neçə ay keçməsinə baxmayaraq, onun sağlıq durumu, özəlliklə boyun nahiyəsindən aldığı zədələr sağalmayıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar