Əhməd Obalı “VECON CONSULTING”i ziyarət edib

13.10.2021, 09:04

“Günaz TV”nin qurucusu, siyasi mühacir Əhməd Obalı “VECON CONSULTING” şirkətini ziyarət edib.

Gunaz.tv Quote | Gunaz article

Hazırda ABŞ-da yaşayan siyasi dissidenti salamlayan “VECON CONSULTING”in təsisçisi və direktoru Vüqar Oruc şirkətin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. 

O deyib ki, rəhbəri olduğu şirkət 2010-cu ildə dövlət qeydiyyatından keçib. Hazırda ölkəmizin 11 regionunda nümayəndəliyi olan “VECON CONSULTING” Azərbaycanın aparıcı maliyyə təsisatları, dövlət qurumları, özəl qurumları ilə partnyordur. Eyni zamanda şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır.

“VECON CONSULTING”in fəaliyyəti ilə yaxından tanış olan Ə.Obalı Vüqar Orucu hələ gənc yaşlarından tanıdığını, fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək nəticələr əldə etdiyini diqqətə çatdırıb.

“Vüqar bəy də əslən Güney Azərbaycanlıdır. Bütün şüurlu fəaliyyətini millətçiliyin təbliğinə, Güney Azərbaycan davasına həsr edib. 

Çox şadam ki, belə bir peşəkar şirkət qurmusunuz. Qısa tanışlıqdan gəldiyim qənaət budur ki, bu şirkət yaşadığım ABŞ-da fəaliyyət göstərən şirkətlərlə rəqabət aparacaq bir mühitə sahibdir”-deyə, o, bildirib.

Daha sonra qonaq İranın Azərbaycana qarşı təzyiqləri, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemləri barədə ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin bütün azərbaycanlılar tərəfindən qürurla qarşılandığını söyləyib.

Ə.Obalı əmin olduğunu bildirib ki, Azərbaycan bütün tarixi torpaqlarını geri qaytaracaq: “Necə ki, Qarabağda buna nail olduq, Təbrizdə, Ərdəbildə, digər torpaqlarımıza da qovuşacağıq. O gün elə də uzaqda deyil”.

Göstərdiyi diqqət və ehtirama görə, qonağa təşəkkür edən V.Oruc və şirkətin kollektivi yekunda xatirəsi fotosu çəkdirib.

Xatırladaq ki, Əhməd Obalı Ərdəbil əyalətinə bağlı Meşkinşəhrdə dünyaya gəlib. O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak edib, tələbə hərəkatlarına qoşulub. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilib. 

Obalı 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin ikinici qurultayına təşkilatçılıq edib və Konqresin İdarə heyətinə seçilib.

BMT-nin İnsan Hüquqları qrupları ilə də əməkdaşlıq edən milli fəal İran azərbaycanlılarının problemlərindən bəhs edən “Günaz TV”nin təsisçisidir.

Hazırda TV-nin Almaniya, Hollandiya və Kanadada yerli büroları fəaliyyət göstərir. Onun özü isə hazırda ABŞ-ın Çikaqo şəhərində yaşayır.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

2021-12-04

gun az article

İranda koronavirusdan daha 58 nəfər ölüb, 2 157 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-12-04

gun az article

Əziz Səncər Şuşaya səfər edib

2021-12-04

gun az article

İranda söz azadlığının boğulması və senzuranın güclənməsi etiraz doğurdu: Yazıçılar Birliyi bəyanat yaydı

2021-12-04

gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04

gun az article

Emmanel Makron: “İranla danışıqlarda hər hansı bir irəliləyiş olmayıb”

2021-12-04

gun az article

Fuad Muradov Londondakı Azərbaycan icması ilə görüşüb

2021-12-04

gun az article

“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı “Dünyanın ən yaxşı nəşri” seçilib

2021-12-04

gun az article

Blinken: “Belə görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil”

2021-12-04

gun az article

Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır

2021-12-04

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 265 milyona çatır

2021-12-04