SON XƏBƏRLƏR

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023.03.18, 12:39
"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

Gunaz.tv

"Bir neçə məsələyədə toxunmaq istəyirəm. Bu etiraz aksiyasında iştirak edən bəzi soydaşlarımız eşitdiyimizə görə AZƏRBAYCANÇILIQ xəttindən çıxıb İran türklüyü adı altında hətta şüarı belə dəyişdirməyə çalışıblar.

"Azadlıq, Ədalət, Milli hökumət" şüarının yerinə "Azadlıq, Ədalət" şüarını qoyublar. Halbuki, hərəkatımızın əsas şüarı "Azadlıq, Ədalət, Milli hökumət"dir.

Özəlliklə "Milli hökumət" onun əsas hissəsidir.

Eşitdiyimizə örə, bəzi soydaşlarımız isə Güney Azərbaycan Azadlıq Hərəkatının simvolunu dövlət bayrağı yerinə millətə sırımaq etmək istəyirlər.

Biz keçmişdə də anlaşdığımız kimi bu tipli ixtilaflı məsələlərin gündəliyə çıxarılmasının faydalı olmadığını bildiririk.

İnanırıq ki, hərəkatımızın simgəsi olmalıdır, ancaq dövlət bayrağını məclis seçər, millət ona səs verər"-deyə, Əhməd Obalı bildirib.

Günaz.TV-nin rəhbəri bildirib ki, dünyada yaşayan azərbaycanlıların bir dövləti olduğu kimi bir bayrağı var.

O, bir millətin bir bayraq altında birləşməsinin vacibliyini vurğulayıb: 

"Milli bayrağa gəlincə isə biz bir millətik, bir dövlət olmalıyıq və bir bayrağımız var, o da Şimali Azərbaycanda dalğalanan bayraqdır. Buna görə də, hələ tələsməyək".

Əhməd Obalı xüsusilə son vaxtlar Güney Azərbaycanda ən çox bəyənilən və səsləndirilən "Azadlıq, Ədalət, Milli hökumət" şüarının qısaldılmasına və Brüssel aksiyasının təşəbbüsçüləri tərəfindən "Milli Hökumət" sözünün şüardan çıxarılmasına irad bildirib.

Xüsusən son aylar paniranist və mərkəzçi müxalifətin fəallaşdırılması, İranda yaşayan qeyri-fars millətlərin, xüsusilə azərbaycanlıların hərəkatının kölgə altına salmaları cəhdlərinə toxunan Əhməd Obalı, bu cəhdlər qarşısında bir mənalı mövqe nümayiş etdirməyən qurum və şəxslərə iradlarını dilə gətirib: 

"Biz 2019-cu ildə bəzi soydaşlarımızın Nyu-Yorkda xalq xalq mücahidləri ilə görüşü haqqında danışanda bizi yalançılıqda ittiham edirdilər.

Ancaq indi özləri video çəkib və qəbul ediblər ki, 2019-cu ildə xalq mücahidləri ilə görüşüblər.

Bundan dərs almaq əvəzinə təəssüflə indi yenə də bizim hərəkatımızı "xalq mücahidlərinin bir hissəsi", "onların yanındakı kimi" göstərməyə çalışırlar və bu da həm Güneydə gedən Azərbaycan Hərəkatına, milli fəllarımıza təhlükədir.

Onların həyatını təhlükəyə atmaqdır, həm də, hərəkatımızın bütövlüyünü kölgəyə salmaqdır.

Bizim hərəkatımız müstəqildir. Biz İranın və ya İrançılığın nə xalq mücahidləri ilə, nə şahçıları ilə, nə cümhuriyyətçiləri ilə və nə də başqa qolları ilə eyni xəttdə deyilik.

Biz onların əksinə fəaliyyət edirik, çünki onlar bizim hüquqlarımızı qəbul etmirlər.

Bu baxımdan paniranizmə qarşı "Güney Azərbaycan İran deyil" şüarı və eyni zamanda İrançılığa qarşı AZƏRBAYCANÇILIQ yolunda davam etməliyik.

Ümid edirəm ki, həmvətənlərimizin hamısı əl-ələ verib bu etirazda ancaq AZƏRBAYCANÇILIQ yolunda iştirak edəcəklər.

Hər kəs bizim hərəkatımızı AZƏRBAYCANÇILIQ yolundan caydırıb və bir növ İrançılığa sövq etmək istəyirsə bu hərəkatın qarşısında durmuş sayılır.

Bunun isə hərəkatımıza və ya onların özlərinə hər hansı bir xeyri yoxdur.

Ümid edirəm ki, bu dostlarımız bu işlərdən əl çəkəcəklər." (Axar.az)

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar