SON XƏBƏRLƏR

Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

2023.02.03, 15:15
Əhməd Obalı: "İran hökuməti zəlzələdə dağılan evləri bərpa etməkdə maraqlı deyil"

Gunaz.tv

Bunu Azərbaycan Dövlət Televizyasına (AZTV) müsahibə verən Günaz.TV-nin rəhbəri Əhməd Obalı deyib.

O, Tehran rejiminin bunu məqsədli şəkildə etdiyini bildirib.

"İran Türkiyə ilə Güney Azərbaycan arasında kürd zolağı yaratmağa cəhd göstərir. Buna görə də zəlzələdə dağılan evlərin bərpasında maraqlı deyil.

Hökumət bu vasitə ilə yerli azərbaycanlıların başqa bölgələrə köçürülməsinə çalışır, onların əvəzinə kürdləri orada yerləşdirməyi planlaşdırır",- deyə, Obalı bildirib.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 9 250 evə ziyan dəyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar