SON XƏBƏRLƏR

Əhməd Obalı: “Azərbaycanın güneyinin də müstəqilliyi vacib və qaçılmazdır” - FOTOLAR

2022.11.05, 14:01
Əhməd Obalı: “Azərbaycanın güneyinin də müstəqilliyi vacib və qaçılmazdır” - FOTOLAR

Gunaz.tv

Bu sözləri açıqlamasında ABŞ-da yaşayan Güney azərbaycanlı mühacir Əhməd Obalı deyib.

Güney və Quzey Azərbaycanın əhalisinin iki yerə bölünmüş bir millət olduğunu xatırladan Ə.Obalı bildirib ki, buna səbəb 1828-ci ildə süni olaraq yaradılan sərhəd olub.

Onun sözlərinə görə, Güneydə mütəmadi olaraq molla rejimi tərəfindən azərbaycanlıların farslaşdırılmasına çalışıblar:

“Amma buna baxmayaraq, biz azərbaycanlıları bir-birimizdən ayıra bilməzlər. Azərbaycanın şimalının müstəqilliyindən sonra Azərbaycanın güneyinin də müstəqilliyi bizim həyatımız üçün vacib, həmçinin Azərbaycanımızın daha da güclənməsi üçün lazımdır. 

Güney Azərbaycanda-ata-baba torpaqlarımızda həmişə bizə qarşı assimilyasiya siyasəti həyata keçirilərək azərbaycanlıların farslaşdırılmasına çalışıblar. Özümüzü qurtarmaq, kimliyimizə sahib çıxmaq üçün Güney Azərbaycan Cümhuriyyəti yaradılmalıdır”.

Güney azərbaycanlı mühacir deyib ki, İran adlanan coğrafiyada onlara bir çox vədlər verilsə də, indiyədək buna əməl olunmayıb:

“Həmin vədlərin icrasını tələb edən şəxslər isə hər zaman həbs olunublar. 

Ona görə bizim yeganə yolumuz Güney Azərbaycan Cümhuriyyətinin qurulmasıdır və bu taleyüklü məsələdə şimallı, cənublu Azərbaycan olaraq əlimizdən gələni etməliyik. Xalqımız, siyasi təşkilatlarımız, ziyalılarımız, dövlətimiz əl-ələ verib Güney Azərbaycanı əsarətdən qurtarmalıyıq. 

Bunun üçün təşkilatlanmaq və bunun düzgün xətt üzərində köklənməsini təmin etmək vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, o, milyonlarla azərbaycanlının prezidentidir. Dövlət başçımız son çıxışında da soydaşlarımızla bağlı çox vacib məqamlara toxunub.0

 Düşünürəm ki, Prezidentin həmin nitqi Güney Azərbaycanın azadlığı uğrunda azərbaycanlılara xüsusi güc-qüvvət verib. Biz əl-ələ verib Güney Azərbaycan Cümhuriyyətinin qurulması üçün lazımi addımları ataraq sözdən əmələ keçməliyik”.

W1siZiIsIjIwMjIvMTEvMDUvMTIvMTgvNTIvY2NmNmI1YTQtYTI1Yy00YzBlLTk4NDgtYjZmMjgwN2U5YjQ1LzRlOTk1NmRlLWI1YjItM2MwZS1iOWUxLWE0ZTk5YTY1MTIyYS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ?sha=8029da19f92341ba

Ə.Obalı söyləyib ki, Azərbaycan Prezidentinin son çıxışında dünya azərbaycanlılarına açıq dəstəyini ifadə etməsi İranı bir qədər aqressivləşdirəcək:

“Lakin əməldə bir şey edə bilməz, ona görə də bu aqressiya, verilən bəyanatlar və ya hansısa fikirlər çərçivəsində olacaq. 

Çünki İran artıq Azərbaycana qarşı ciddi təxribat törətməyə qadir bir ölkə deyil. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılara dəstək verməsi çox önəmli və tarixi bir hadisədir”.

Bu ilin aprelin 22-23-də Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etdiyini xatırladan Cənubi azərbaycanlı mühacir dövlət başçısının Zəfər Qurultayında çıxışında verdiyi mesajlara diqqət çəkib:

“Məsələ barədə Prezidentin dörd əsas mesajı var idi: “Azərbaycanlılar təşkilatlansınlar, birləşsinlər, ana dilimizi unutmasınlar və eyni zamanda prinsipcə azərbaycançılıq ideologiyası ətrafında birləşsinlər”. Hesab edirəm ki, bu mesajın Dünya Azərbaycanlılarının Qurultayında səsləndirilməsi xüsusilə vacib məqamlardan biri hesab edilə bilər”.

Ə.Obalı qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti daha da güclənir və indiyədək Azərbaycana qarşı təxribat aparan İrana lazım gəldikdə yerində layiqli cavab verir:

“Azərbaycandan kənarda yaşayan soydaşlarımıza ölkənin birinci şəxsi tərəfindən dəstək verilməsi isə İranın Azərbaycan sərhədində hərbi təlim adı altında törətdiyi təxribata da çox gözəl bir cavab idi. Düşünürəm ki, soydaşlarımızın hüquqlarının və təhlükəsizliyinin qorunması məsələsində Azərbaycan dövlət olaraq əlindən gələni edəcək. 

Azərbaycanlıların Güney Azərbaycanda daha çox olduqlarını nəzərə alsaq, ölkə başçısının sözügedən fikirlərini biz Güney azərbaycanlıları Prezident səviyyəsində bir dəstək kimi qəbul edir, mesajın vaxtında verildiyini və ünvana çatdığını hesab edirik”.

W1siZiIsIjIwMjIvMTEvMDUvMTIvMTgvNTIvYjhiNmQ5ZWUtZjFjMS00MmI0LWJlZTQtZWIwMTRhNWFlZWM2LzgzNzIxNjlhLWI2ZTItM2VmNC04N2QzLTcyZTdhZjViYzUyOS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ?sha=43bfe270f4b62137

İranın hər zaman Ermənistana dəstək verdiyini vurğulayan müsahib deyib ki, o, farsçılıq ideologiyası üzərində qurulmuş bir dövlətdir və fars ideologiyasında da birinci düşmən türkdür:

“Ona görə də Şuşa şəhərinin işğalında, Xocalı soyqırımının törədilməsində və ümumiyyətlə, Azərbaycan torpaqlarının işğalında İran çox böyük rol oynayıb. Həmin dövrdə də İran Ermənistana silah-sursat, yanacaq verir, eyni zamanda Ermənistan təcavüzkarlarının yeməyini göndərirdi. 

Ermənistan hərbçiləri uzun illər İran ordusunun qidası ilə yaşayıblar. Hətta işğal edilən ərazilərdə ermənilər tərəfindən istehkamların qurulmasında da İranın yardımları olub. Bütün bunlardan Azərbaycan dövlətinin də xəbəri var.

İran Azərbaycanın işğal olunmuş ərazilərində evlərin sökülməsi, qapı-pəncərələrin daşınmasında çox böyük rol oynayıb. 

Bunu etməkdə isə əsas hədəf həmin ərazilərə azərbaycanlıların qayıtmamaları üçün oranın tez bir zamanda xaraba, viran qoyulması idi. 

Erməni dəstəkçiliyi 30 il davam etməklə bərabər, Vətən müharibəsi dövründə də geniş vüsət aldı və Güney yolu ilə Ermənistana silah-sursat göndərdi. Bizim soydaşlarımız ayağa qalxıb iki dəfə etiraz etdikdən sonra İran məcbur olub siyasətində bir qədər yumşalmalara getdi. 

Ancaq bu dəfə həmin silah-sursatlar gündüzlər yox, gecələr göndərilirdi”.

“Son zamanlar isə bu dəstək nümayişkaranə və biabırçı şəkildə göstərilir. Açıq dəstəyin bir səbəbi də İranın Qafqazdan tamamilə çıxarılmasıdır. 

Nə etsə də, regionda əvvəlki yerinə qayıda bilmir. Digər tərəfdən, İranın daxilində iqtisadi-siyasi və sosial sahələrdə böyük bir böhran var və onunla mübarizə apara bilmir. Bütün bunlarla yanaşı, dünyada təklənmiş bir ölkədir. 

İran bütün bu böhranlardan fikirləri müvəqqəti də olsa başqa bir yerə çəkməyə çalışır. 

Hesab edirəm ki, Azərbaycan Prezidentinin son çıxışında dünya azərbaycanlılarına açıq dəstəyini ifadə etməsi İranı bir qədər aqressivləşdirəcək. 

Lakin əməldə bir şey edə bilməz, bu, aqressiya, verilən bəyanatlar, hansısa fikirlər çərçivəsində olacaq. 

Çünki İran artıq Azərbaycana qarşı ciddi təxribat törətməyə qadir bir ölkə deyil. İnanıram ki, hər bir halda Azərbaycan dövləti İranın daxildə törədə biləcəyi bütün təxribatlara da hazırlıqlıdır”, - Ə.Obalı əlavə edib. (report)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar