Əhmədbəyli-Füzuli-Şuşa yolunda aparılan işlərin son vəziyyəti açıqlanıb

02.10.2021, 13:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iyunun 14-də yeni Əhmədbəyli-Füzuli-Şuşa 1-ci texniki dərəcəli avtomobil yolunun Daşaltı kəndi ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu ümumilikdə 7 tunelin inşası nəzərdə tutulub ki, onlardan 4-də hazırda tikinti işləri sürətlə davam etdirilir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şərti olaraq T5 adlandırılan və 431 metr uzunluğunda olan tunelin sol hərəkət istiqaməti üzrə üst yarı hissəsində qazma işləri artıq tamamlanaraq tunel daxili hərəkət təmin olunub. Tunelin 478 metr uzunluğa malik sağ istiqaməti üzrə qazma işləri isə davam etdirilir və yaxın günlər ərzində sözügedən hissədə də daxili hərəkət təmin olunacaq.

İnşasına başlanılan digər 3 tunelin (T1,T2 və T4) giriş hissələrində aparılan işlər də artıq tamamlanıb. Hazırda qazma, partlatma və qırıcı üsulları ilə tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması davam edir.

Layihə üzrə 7 tunelin ümumi uzunluğu təqribən 6,5 km təşkil edəcək. Uzunluqları 350-3300 metr arası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Hazırda yol boyu müxtəlif hissələrdə torpaq yatağının inşası işləri davam etdirilir. Bundan başqa 9 viadukun, 59 suötürücü borunun və 10 yeraltı keçidin tikintisi də layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə də işlərə start verilib.

Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən 81,6 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6,48-81,6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək. 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Sözügedən yol başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. ​ (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

2021-12-02

gun az article

Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 28-ci iclasında iştirak edib

2021-12-02

gun az article

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün imkanlar var"

2021-12-02

gun az article

Prezident QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət verib

2021-12-02

gun az article

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması işlərinə başlanılıb

2021-12-02

gun az article

İsfahanda yeni aksiyalara çağırış edildi: Şəhər fərmandarından narazılara xəbərdarlıq

2021-12-02

gun az article

Hikmət Hacıyev Sülh sazişinin əsas şərtlərini açıqladı

2021-12-02

gun az article

MİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətirib

2021-12-02

gun az article

Ann Linde: “ATƏT Cənubi Qafqazda regional əməkdaşlığın qurulmasında maraqlıdır”

2021-12-02

gun az article

Mövlud Çavuşoğlu: "Cənubi Qafqazda daimi sabitliyin olması üçün yeni fürsətlər açılıb"

2021-12-02

gun az article

İran Səhiyyə Nazirliyi: “Sistan-Bəlucistanda AİDS xəstəliyinə tutulanların 68 faizi öz xəstəliyindən xəbərsizdir”

2021-12-02

gun az article

Hüseyn Əmir Abdullahiyan: “Qərb xoş niyyətlə məsələyə yanaşsa yaxşı bir razılaşmanın əldə olunması mümkündür”

2021-12-02

gun az article

Prezidentin köməkçisi jurnalistlərə müraciət edib

2021-12-02

gun az article

Türkdilli ölkələrin əlaqələri yeni mərhələdə-VİDEO

2021-12-02

gun az article

Gənc rejissor Beynəlxalq Teatr Festivalında

2021-12-02

gun az article

Anar Kərimov: "Azərbaycan uzunmüddətli sülhə hazırdır"

2021-12-02

gun az article

Yeni idarəetmə modeli: Qarabağda tətbiqinə başlanılır

2021-12-02

gun az article

Tanınmış tənqidçi, teatrşünas Anar Burcəliyev mükafatlandırıldı

2021-12-02

gun az article

Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib

2021-12-02

gun az article

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti: "İlham Əliyev mədəniyyətlər arasında sülhün təşviqində mayak rolunu oynayıb"

2021-12-02