SON XƏBƏRLƏR

Höccət Muxtarzadə Ettelaat İdarəsindən Təbrizin Mərkəzi Zindanına köçürülüb

2021.10.20, 07:36
Höccət Muxtarzadə Ettelaat İdarəsindən Təbrizin Mərkəzi Zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Təbrizdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Höccət Muxtarzadədən yeni xəbər var.

 

Məlumata görə, fəal noyabrın 30-da Təbrizin Ettelaat İdarəsindən bu şəhərin mərkəzi zindanına köçürülüb, onun müvəqqəti azadlığa buraxılması üçün mülki vəsiqə qərarı çıxarılmayıb.

 

Azərbaycanlı fəal noyabrın 17-də Ettelaat əməkdaşları tərəfindən öz iş yerində saxlanılıb.

 

İranda benzinin bahalaşması və yoxsulluqla əlaqədar  kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Şübhəsiz ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atmaq istəyib. Hələlik saxlanılan fəallardan 30-nun kimliyi müəyyən edilib.

 

Höccət Muxtarzadə bundan əvvəl də Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar