SON XƏBƏRLƏR

Höccətul-islam Həsəni Urmiyədə böyük izdihamla dəfn olunub – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Höccətul-islam Həsəni Urmiyədə böyük izdihamla dəfn olunub – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda kürd terrorizminə qarşı mübarizənin simvollarından olan Höccətul-İslam Qulamrza Həsəni böyük izdihamla son mənzilə yola salınıb.

 

Mayın 23-də keçirilən dəfn mərasiminə qatılanlar Urmiyənin Əyalət meydanına toplaşıblar.

 

Mərhum Həsəni Urmiyənin “Bağ-i Rizvan” qəbiristanlığında dəfn edilib.

 

Mərasimdə cəmiyyətin bütün təbəqələrinin nümayəndələri iştirak edib, soydaşlarımız türk dilində yazılmış bannerlərlə mərasimə qatılıblar. Onlar Urmiyənin keçmiş imam cüməsinə kürd terrorçularına qarşı apardığı kəskin mübarizəyə görə qədrdanlıq edərək Qərbi Azərbaycan Əyalətinə göz tikənlərə növbəti dəfə xəbərdarlıq ediblər.

 

Dəfn mərasimində üzərində “Azərbaycan başın sağ olsun”, “Sulduzdan Azərbaycana başsağlığı”, “Sulduz başın sağ olsun”, “Türk oğlu unutmaram səni” və s. kimi sözlər yazılmış bannerlər nümayiş etdirilib və “Şəhidlər ölməz – Vətən bölünməz” şüarı səsləndirilib.

 

Dəfn mərasiminə Urmiyənin imam cüməsi Qüreyşi, Ərdəbilin imam cüməsi Amuli və Təbrizin imam cüməsi “Al-i Haşim” də qatılıb. Mərasimdə Azərbaycan Respublikasının Təbrizdəki baş konsulunun da iştirak etdiyi bildirilir.

 

Məlumata görə, dünən Urmiyədə əsas diqqət çəkən məsələlərdən biri Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyarinin dəfn mərasimi ilə əlaqədar özünəməxsus qərarı olub. Kürd kökənli vali öncədən elan olunmasına baxmayaraq rəsmi idarə və müxtəlif orqanların tətil edilməsinə icazə verməyib. Şübhəsiz ki, o bununla insanların dəfn mərasiminə qatılmasının qarşısını almaq istəyib. Lakin bütün cəhdlərə rəğmən soydaşlarımız aktiv şəkildə mərasimdə iştirak edib və böyük izdiham yaşanıb.

 

Höccətul-İslam Qulamrza Həsəni mayın 21-də 91 yaşında vəfat edib.

 

Urmiyədə Molla Həsəni adı ilə tanınan mərhum Q.Həsəni İslam Cümhuriyyətinin qurucularına yaxın bir şəxs kimi islam inqilabının ideyalarını hər zaman müdafiə edib, lakin o bölgədə fəal olan kürd terror qruplaşmalarına qarşı fədakarlıqla mübarizə apardığı üçün azərbaycanlılar tərəfindən çox sevilir. Məlum olduğu kimi, islam inqilabının birinci illərində Güney Azərbaycanın qərb bölgələrini kürd terrorizmi bürümüşdür, onlar Sulduz şəhərində qətliam törədərək şəhəri azərbaycanlı əhalidən təmizləməyə çalışdılar. Həmin zaman Molla Həsəni terrorçulara qarşı mübarizədə böyük cəsarət göstərərək yerli əhalinin mübarizəsinə rəhbərlik edib və bölgəni terrorçulardan təmizləmişdir.

 

Video:

https://www.youtube.com/watch?v=pcMYdmcAenI

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar