SON XƏBƏRLƏR

HÖKUMƏT RƏSMİLƏRİ ƏLEYHİNƏ YAZILAR VERƏN ETTELAAT ƏMƏKDAŞI HƏBS EDİLİB

2021.10.20, 07:36
HÖKUMƏT RƏSMİLƏRİ ƏLEYHİNƏ YAZILAR VERƏN ETTELAAT ƏMƏKDAŞI HƏBS EDİLİB

Gunaz.tv
HÖKUMƏT RƏSMİLƏRİ ƏLEYHİNƏ YAZILAR VERƏN ETTELAAT ƏMƏKDAŞI HƏBS EDİLİB abdullashehbazi.jpg Bir neçə ay əvvəl Fars əyaləti rəsmilərinin iqtisadi fırıldaqları, hökumət əmlak və ərazilərini mənimsəməsi barədə yazılar dərc etdirən tarixçi, ETTELAAT əməkdaşı Abdulla Şəhbazi iyunun 18-də həbs olunub. «Media forum» saytının məlumatına görə, Abdulla Şəhbazi əyalət mətbuatında dərc etdirdiyi yazılarda bir sıra yüksək rütbəli siyasətçi, hərbiçi və ruhanini, o cümlədən də Şirazın imam cüməsi və dini rəhbərin nümayəndəsi ayətullah Haeri Şirazi, əyalətdəki «Ənsarülməhdi» ordusunun komandanı Əbdüləli Nəcəfi və əyalət qubernatoru Əzizini iqtisadi fırıldaqda, hökumət əmlakını mənimsəmədə və öz vəzifəsindən sui-istifadədə günahlandırdığına görə qəzəbə gəldiyi bildirilir. İran Xalq Partiyasının (Tudə Partiyası) keçmiş üzvlərindən olan A.Şəhbazi 1981-ci ildə partiyanın fəaliyyətinə qadağa qoyulduqdan sonra həbs edilib. O, zindanda tövbə edərək əfv olunub və bundan sonra rəsmən ETTELAAT-la əməkdaşlığa başlayıb. 1988-ci ildə ETTELAAT-ın Siyasi Araşdırmalar Mərkəzinin yaranmasında iştirak edib və 10 il həmin quruma başçılıq edib. İran prezidenti Mahmud Əhmədinejadın himayədarlarından və yaxın adamlarından olan A.Şəhbazi müasir İran tarixi barədə bir neçə tədqiqiatın müəllifidir. Həbsin İran Məhkəmə Sistemini tədqiq və araşdırma komissiyasının keçmiş rəhbəri Abbas Palizdarın işiylə bağlı olduğu istisna edilmir. A.Palizdar bir müddət əvvəl Şiraz və Həmədan universitetlərindəki çıxışında ölkənin 50-dən çox yüksək rütbəli rəsmisini iqtisadi möhtəkirlikdə, hökumət əmlakını mənimsəmədə, bəzi məmurları isə əxlaqsızlıqda günahlandırmışdı. İyunun 12-də A.Palizdar dövlət əleyhinə fəaliyyətdə günahlandırılaraq həbs edilib. O da prezident Mahmud Əhmədinejadın yaxın adamlarından sayılır. İyunun 17-də İran Məhkəmə sisteminin sözçüsü Əlirza Cəmşidi jurnalistlərə açıqlamasında A.Palizdarın dosyesi ilə bağlı 11 nəfərin həbsinə qərar verildiyini demişdi. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar