SON XƏBƏRLƏR

Hökumət rəsmiləri sərbəst geyinən qıza vəhşicəsinə hücum edən bəsici qadının fəaliyyətini təqdir edib – Zəncanda / VİDEO

2021.10.20, 07:36
Hökumət rəsmiləri sərbəst geyinən qıza vəhşicəsinə hücum edən bəsici qadının fəaliyyətini təqdir edib – Zəncanda / VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərində hökumət rəsmiləri sərbəst geyinən bir qadına vəhşicəsinə hücum edən bəsici (yarım-silahlı könüllü dəstə üzvü) qadının fəaliyyətini təqdir ediblər.

 

Fatimə Azərfərd adlanan bəsicinin fəaliyyəti Əli Xamneyinin Zəncan Əyalətindəki nümayəndəsinin ofisində keçirilən mərasimdə təqdir olunub.

 

Mərasimdə Zəncan Əyaləti Ənsarul-Məhdi Sepahının komandanı Cahanbəxş Kərəmi, Zəncan Əyaləti Polis İdarəsinin rəisi Əli Azadi, Əli Xamneyinin Ənsarul-Məhdi Sepahındakı nümayəndəsi Əli Mətin və rejimin daha bir neçə əlaltısı iştirak edib.

 

Videoda göründüyü kimi, asimilə olunmuş zəncanlı bəsici qadın Azərbaycan türk millətinə sırınan fars dilində danışır. Onun ötən günlərdə sərbəst geyinən bir qadına hücum etməsi sosial şəbəkələrdə geniş etirazlara səbəb olub.

 

https://www.youtube.com/watch?time_continue=29&v=ETgs6eb6Kc8

 

 

Heç bir qadın hüquqlarının tanınmadığı İranda vaxtaşırı belə faktlara rast gəlinir. Sərbəst geyinən qadınlar hicabsızlıqda ittiham olunaraq bəsic qüvvələri tərəfindən kobud şəkildə aşağılanaraq cəzalandırılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar