SON XƏBƏRLƏR

Hökumət rəsmisi türk dilində kitab çap edən nəşriyyatların Təbriz Kitab Sərgisində iştirakına maneçilik yaradılmasını inkar edib

2021.10.20, 07:36
Hökumət rəsmisi türk dilində kitab çap edən nəşriyyatların Təbriz Kitab Sərgisində iştirakına maneçilik yaradılmasını inkar edib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi türk dilində kitab çap edən nəşriyyaatların 17-ci Təbriz Kitab Sərgisində iştirakına maneçilik yaradılmasını utanmazcasına inkar edib.

 

Bu barədə Məhəmməd Məhəmmədpur oktyabrın 20-də “İrna” xəbər agentliyinə danışıb.

“Təbriz Kitab Sərgisində iştirak etmək məqsədi ilə müvafiq saytda qeydiyyatdan keçən bütün nəşriyyatlar sərgiyə qatılacaq, onlar üçün heç bir məhdudiyyət yoxdur.

Ölkənin müxtəlif bölgələrindən 950 nəşriyyat sərgidə iştirak edəcək. Onların povilyonları bu gün müəyyən ediləcək.”- deyə o bildirib.

 

İrşad və Mədəniyyət İdarəsinin rəisi sərgidə türk dilində kitab çap edən nəşriyyatların iştirakına icazə verilməyəcəyi ilə bağlı xəbəri inkar edərək heç bir nəşriyyatın iştirak etməsinə məhdudiyyət tətbiq edilmədiyini deyib.

 

M.Məhəmmədpur o halda belə bir yalan iddia ilə çıxış edib ki, türkcə kitab çap edən nəşriyyatların müdirləri şənbə günü “Onlayn Kitabçı” səhifəsinin admini ilə əlaqə saxlayaraq Təbriz Kitab Sərgisində iştirak etmək üçün onlara lisenziya verilmədiyini bildiriblər.

 

Urmiyada fəaliyyət göstərən “Buta” Nəşriyyatının müdiri  Məhəmməd Sübhdel bildirib ki, ilkin nəşriyyatlardan biri kimi müvafiq saytda qeydiyyatdan keçsək də, məsullar iştirakımız üçün bizə ayırmağa povilyon olmadığını bildirdilər.

 

Bu günədək Urmiyanın “Buta” və “Yaz”, Təbrizin “Azərturan”, “Dənizçin” və “Kirpi”, Binabın “Parlaq Qələm”, eləcə də Tehranın “Əndişeye nou” kimi Türk dilində kitablar çap edən nəşriyyatları sərgidə iştirak etmək üçün icazə sənədi ala bilməyiblər.

 

İran məsulları ötən il də türkcə kitab çap edən bəzi nəşriyyatların Təbriz, Urmiya və Tehran kitab sərgilərində iştirakına icazə verməmişdir. Lakin bütün nəşriyyatların iştirakının qadağan edilməsi ilk dəfədir baş verir.

 

17-ci Təbriz Kitab Sərgisinin açılış mərasimi İran islami irşad və mədəniyyət nazirinin iştirakı ilə oktyabrın 21-də keçiriləcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar