GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
“Hicab cəmiyyətə zorla tətbiq edilə bilməz”-Məhəmməd Xatəmi
Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz keçirlər
Milli fəal Məhəmmədrza Amani müvəqqəti sərbəst buraxıldı
Tarixçi alim Kərəm Məmmədli vəfat edib
Ombudsman Ermənistana etiraz etdi
"ABŞ seçkiləri Ukrayna savaşının nəticəsini müəyyən edəcək"-Sabiq prezident
“Hədəfimiz Ərəbistanla barış və İrana qarşı mübarizədir”-Netanyahu
Rəisinin çıxışı Şərqi Azərbaycanda etiraz doğurdu
Ərdəbildə divarlara milli şüarlar yazıldı- Güneyli məhbusların azadlığı tələb olunub
"Bu aksiyalar milli dirçəlişə zəmin yaradıb"-Abbas Lisani
GünAz TV: Məlum olduğu kimi, Güney Azərbaycanın Təbriz şəhəri 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilib, lakin hökumət bu önəmli hadisə üçün Təbrizdə heç bir hazırlıq işi görməyib və bunun üçün vəsait xərcləməyib.
Hökumətin xəyanətləri barədə Təbriz, Tufarqan (Azərşəhr) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi “Fars” xəbər agentliyinə danışıb.
““Təbriz 2018” layihəsi ilə bağlı gözləntilər müxtəlif səbəblərə görə özünü doğrutmadı. Görülən bəzi işlər isə adi işlərdən ibarət olub. Bu hadisə olmasaydı belə yenə də həmin işlər görüləcəydi.
Büdcə vəsaiti çatışmazlığı, hökumətin verdiyi vədləri yerinə yetirməməsi və Şərqi Azərbaycanın idarəçiliyində bir il ərzində vali və bələdiyyə başqanının dəyişdirilməsi kimi, geniş dəyişikliyin baş verməsi “Təbriz 2018”-dən olan gözləntilərin reallaşmamasına səbəb oldu”- deyə o bildirib.
Azərbaycanlı millət vəkili həmçinin vurğulayıb ki, “Təbriz 2018”lə bağlı işlərin gözləndiyi kimi getməməsinin digər səbəbi də verilən təklif və tövsiyyələrin nəzərə alınmamasıdır.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilirdi, lakin bu baş vermədi. Ona görə ki, hökumət Təbrizdə yalnız bir neçə loqo və banner asmaqla kifayətləndi və turistlərin cəlb olunması üçün heç bir şərait yaratmadı.
N.S
Milli fəal Məhəmmədrza Amani müvəqqəti sərbəst buraxıldı
“Hədəfimiz Ərəbistanla barış və İrana qarşı mübarizədir”-Netanyahu
Rəisinin çıxışı Şərqi Azərbaycanda etiraz doğurdu
Urmuda iki məhbus edam edilib
Ermənilər Daşkəsən, Şuşa və Xocalını atəşə tutdu
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi
"Ermənistan yalan məlumat yayır"-Rəsmi
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidenti Təbrizə səfər edib
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır